Azərbaycandakı bəzi səfirlər özlərini siyasətçi kimi aparırlar Deputat
Anews portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda fəaliyyət göstərən bəzi səfirlər diplomatik fəaliyyətlə deyil, siyasətlə məşğul olmağa başlayıblar. Bunu Milli Məclisin deputatı Sİyavuş Novruzov deyib.
"Bəzi səfirlər Azərbaycanda diplomatik məşğuliyyətlə yox, siyasətlə məşğul olmaq başlayıblar. Buna qarşı kəskin addımlar atmaq lazımdır. Bu məsələləri araşdırıb tdədbir görülməsi məqsədəuyğun olar. Xarici İşlər Nazirliyi onların cavabını yerində verir. Bu işi bir az da sərtləşdirmək olar", - deputat dekabrın 20-da Milli Məclisdə çıxışı zamanı deyib.
Spiker Sahibə Qafarova da deputatla həmfikir olaraq söyləyib ki, "bəli Xarici İşlər Nazirliyi həmin səfirlərə heçvaxt olmadığından daha sərt cavablar verirlər".
Deputat onu da bildirib ki, Prezidentin bir neçə gün öncə verdiyi müsahibədə lazım olan bütün suallara cavab var idi.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 20 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















