Azərbaycandakı Çernobıl qəzası əlillərinin sayı AÇIQLANDI
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin son iclasında müzakirəyə çıxarılan “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatının təkmilləşdirilməsi nəzərdə tutulub.
Bəs Azərbaycanda neçə Çernobıl qəzası əlili var?
Modern.az bu sualla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 3800 nəfərdir. Onların 2 min nəfərdən çoxu Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, 1800 nəfərə yaxını Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Qeyd edilib ki, İkinci Dünya müharibəsi iştirakçılarının sayı isə 21 nəfərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 Mart 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















