Azərbaycandakı zəlzələlər müjdəçi imiş: Əgər təkanlar olmasaydı... RƏSMİ AÇIQLAMA
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son bir ayda Azərbaycanda bir neçə dəfə zəlzələ qeydə alınıb. Qeyd olunan təkanlar əsasən zəif və orta güclü olsa da, onların qısa aralıqlarla baş verməsi narahatlıq yaradır.
Maraqlıdır, bu ardıcıl təkanlar daha güclü bir zəlzələnin xəbərçisi ola bilərmi?
Mövzu ilə bağlı Ölkə.az-a danışan Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, ümumiyyətlə, tək Azərbaycan yox, Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədə yerləşir.
Onun sözlərinə görə, seysmik baxımdan aktiv olan bölgələrdə vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeyda alınır:
"İyul ay ərzində Azərbaycan ərazisində bu günə qədər maqnitudası 3 və 3-dən yuxarı olan 5 zəlzələ qeydə alınıb. Ən yüksək maqnituda İsmayıllı rayonu ərazisində 3,8 olub. Yəni ərazinin seysmikliyini nəzərə alanda təkanların qeydə alınması adi haldır. Bundan başqa əlavə etmək istəyirəm ki, gün ərzində olduqca çox kiçik maqnitudalı xırda təkanlar da qeydə alınır və o təkanlar heç yer səthinə gəlib çatmır. Sadəcə seysmik stansiyalarımız tərəfindən qeydə alınır. Son bir ayda qeydə alınan 5 təkana istinadən deyə bilərəm ki, Azərbaycan ərazisində elə də aktivlik olmayıb.
Kiçik və orta zəif təkanların, xırda zəlzələlərin olması ərazidə seysmik enerjinin toplanmasının qarşısını alır və bu, güclü zəlzələlərin əlaməti sayılmır. Yəni belə bir məsələ deyil. Əksinə olaraq, hansısa seysmik bölgədə uzun müddət heç bir proses getməzsə, orada güclü enerji toplanması baş verə bilər. Hazırda Azərbaycan ərazisində gün ərzində, bəzən on, bəzən ondan da çox xırda təkənləri qeydə alınır, hansı ki, insanlar onu hiss etmir".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 28 İyul 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















