Icma.az
close
up
RU
Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycan avqust ayında müxtəlif heyvan mənşəli qida məhsullarının ixracını həyata keçirib. Belə ki, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) milyonlarla ərzaqlıq yumurta, İtaliya və Fransaya 3,6 ton qurbağa ayağı göndərilib. Həmçinin Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub. Qeyd edilən məlumatlar sosial şəbəkələrdə xüsusi diqqət çəkib.

Bu cür ixracın ölkə büdcəsinə təsiri nə qədər əhəmiyyətlidir? 

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu qəbildən olan ixrac məhsullarının artması həm iqtisadi, həm də strateji baxımdan bir neçə üstünlük gətirə bilər:

“Qurbağa ayağı, dondurma, yumurta, balıq kürüsü tipli məhsullar neft və qaz kimi əsas ixrac məhsullarından asılılığı azaldır. Bu, iqtisadi şoklara, məsələn, enerji qiymətlərinin düşməsinə qarşı daha dayanıqlı iqtisadiyyat yaradır. Eyni zamanda, ABŞ, BƏƏ, Avstraliya, Albaniya, Kanada, İsrail kimi fərqli ölkələrə ixrac, Azərbaycan məhsullarının beynəlxalq bazarlarda tanınmasına və mövqeyinin möhkəmlənməsinə səbəb olur. Bu, kiçik və orta sahibkarlıq subyektləri üçün də ixrac imkanlarını artırır. Bununla yanaşı, hər bir ixrac məhsulu valyuta gəliri gətirir, milli valyutanın möhkəmlənməsinə və büdcəyə əlavə gəlir təmin edir”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, qeyri-ənənəvi məhsulların həcmi ilkin mərhələdə böyük olmaya bilər, amma gələcəkdə artan tələblə bunun büdcəyə təsiri əhəmiyyətli görünür:

“Balıq kürüsü kimi yüksək qiymətli məhsullar kiçik həcmdə olsa da, ciddi valyuta gəliri təmin edə bilər. Bu cür məhsullar ixrac strukturunu daha rəngarəng və dayanıqlı edir. Yeni məhsul qruplarının inkişafı gələcəkdə kənd təsərrüfatı, qida sənayesi və kiçik istehsal müəssisələri üçün stimul yaradır. Qeyri-ənənəvi məhsulların bazara çıxması Azərbaycan brendinin beynəlxalq səviyyədə tanınmasına şərait yaradır. İxracın artması yerli istehsalın inkişafına təkan verir, iş yerlərinin yaranmasına və kənd təsərrüfatının modernləşməsinə gətirib çıxarır. Ənənəvi olmayan məhsulların artması iqtisadi diversifikasiya, yeni bazarlara çıxış, büdcəyə əlavə gəlir və ixrac strukturunun inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu tendensiya davam etdikcə, uzun müddətdə Azərbaycanın iqtisadi dayanıqlılığı və beynəlxalq ticarət mövqeyi möhkəmlənəcək”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri