Azərbaycandan benzin idxalı Ermənistanda yanacağın ucuzlaşmasına səbəb olub
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycandan Ermənistana benzin idxalı ölkə bazarında yanacağın 15 % ucuzlaşmasına səbəb olub.
Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunmağa başlayıb. Azərbaycandan əsasən "Premium" markalı benzin idxal olunur. Ermənistan bazarında bu növ benzin 15 % ucuzlaşıb (bir litr üçün 510 dram əvəzinə 430 dram)", - o deyib.
Baş nazir qeyd edib ki, iki gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı idxal olunub.
"Dizel yanacağı 2 % ucuzlaşıb. "Regular" markalı benzinin qiyməti də dekabrla müqayisədə təxminən 8 % azalıb (11 dekabr tarixinə bu benzin növünün bir litri 500 dram idisə, indi 460 dramdır). Bu, sülh gündəliyinin nəticələri və faydalarıdır", - N.Paşinyan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 13 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















