Azərbaycandan Ermənistana aparılan neftə görə simvolik tarif müəyyən etdilər
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, tariflər mövzusu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşündə əsas müzakirə mövzusu olub.
Xudatyan Gürcüstan hökumətinin bu qərarına görə gürcüstanlı həmkarına təşəkkür edib. Tarifin məbləği isə açıqlanmayıb.
Xatırladaq ki, Gürcüstan hökuməti 2025-ci ilin dekabrında birdəfəlik və heç bir rüsum tutulmadan Azərbaycandan Ermənistana neft tranzitini təmin etmişdi. Növbəti tranzit daşınması isə standart tarif üzrə həyata keçirilmişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Fevral 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















