Icma.az
close
up
RU
Azərbaycandan İŞİD ə pul göndərənlərin MƏHKƏMƏSİ BAŞLADI

Azərbaycandan İŞİD ə pul göndərənlərin MƏHKƏMƏSİ BAŞLADI

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.

Məlum olub ki, təqsirləndirilən şəxslərin tanışları Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, oradan isə Suriyaya gedərək döyüşlərdə iştirak ediblər.

İttihama görə, təqsirləndirilən şəxslər yardım məqsədilə öz gəlirlərindən və sosial şəbəkədə topladıqları vəsaitdən bank kartları vasitəsilə Şükür Həmidlinin göndərdiyi kartların sahibi olan xarici ölkədə yaşayan bir neçə şəxsə pul köçürüblər.

Eyni şəkildə, Elşən Mustafayevə də köçürmələr edilib. Həmin gəlirin bir hissəsi Suriyada Şükür Həmidliyə, digər qismi isə qeyrilərinə çatıb.

Bu, hər iki şəxsin üzvü olduğu güman edilən “İŞİD”ə dəstək kimi qiymətləndirilib.

Prosesdə Anar Salamzadə ifadə verərək bildirib ki, Şükür Həmidli onun sinif yoldaşı və dostu olub. O, bir müddət əvvəl Suriyaya köçüb. Sonra vəziyyətlə əlaqədar ondan yardım istəyib.

Onun xahişi ilə təqsirləndirilən şəxs Şükür Həmidliyə yardım edib: "Şükür Həmidli Suriyaya köçdükdən 3 ay sonra mənə yazaraq ibadətə başlamağıma sevindiyini söylədi. Mənə bildirdi ki, ailə qurub və hazırda Suriya hökumət qüvvələrinə qarşı savaşır. Lakin maddi dəstəyə ehtiyacı var. Daha sonra mənə videolar göndərərək vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara ərzaq yardımı etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini isə ümumiyyətlə, tanımıram. İŞİD-lə də əlaqəmiz olmayıb. Bildiyim qədər, Şükür Həmidli Suriya hökumət qüvvələrinə qarşı döyüşən digər silahlı qruplaşmanın üzvü olub. Onun da İŞİD-lə əlaqəsi olmayıb. Mən Şəkidə çalışıram, 500-600 manat maaş alıram. Daha əvvəl də Şəkidə sədəqə vermişəm, yardımlar etmişəm. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim. Saxlanıldıqdan bir müddət sonra mənə həmin qruplaşmanın İŞİD-lə əlaqəli olduğunu söylədilər".

Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o yalnız Suriyaya deyil, Şəkiyə, Türkiyəyə və Rusiyaya da yardım məqsədi ilə pul göndərib.
Onun sözlərinə görə, Şükür döyüş videolarını maraq üçün göndərib.

Anar Salamzadə ifadəsində təqsirləndirilən Xəqani Ömərovu tanımadığını deyib: "Ötən ilin fevralında Şükür Həmidliyə pul göndərdim. İstintaqda bildim ki, o pul Xəqani adlı şəxsə çatıb. Mən onu tanımıram".

Xəqani Ömərov isə ifadəsində bildirib ki, Elşən Mustafayev onun yeznəsidir: "Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Bacım öncədən Elxanla evli olub. Onlar 2013-cü ildə Suriyaya köçüblər. Bu yaxınlarda bacım Elşənlə evlənib. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün kart lazımdır, ona bank kartı verim. Mən də kartımı verdim və pul köçürmələri başlandı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə, Suriyaya heç bir pul köçürməsi etməmişəm. Onlar Suriyadakı evlərini satıb Sumqayıtda ev alacaqdılar. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirdilər. Mən sadəcə, 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb. Elşən özünə ləqəb kimi "Abu Usama" ləqəbini götürüb. Amma bunu nə məqsədlə etdiyini bilmirəm".

Proses mayın 27-də davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 May 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri