Azərbaycandan qanunsuz valyuta çıxaran şirkət rəhbəri cərimələndi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycandan külli miqdarda vəsait çıxaran şirkət rəhbəri cəzalandırılıb.
Oxu.Az-ın məlumatına görə, "ZERNAK" Məhdud Məsuliyyətli Cəmiyyəti 84 min 4 ABŞ dollarını 2023-cü ildə xaricə - "SHAOXING KEQIAO PANJIN TEXTILE CO., LTD"nin müvafiq bankdakı olan hesabına köçürsə də, 2 il müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməyib.
Faktla bağlı protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkət 16 min 800 ABŞ dolları cərimə edilib.
Samir Əli
Baxış sayı:119
Bu xəbər 09 İyul 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















