Icma.az
close
up
RU
Azərbaycandan Suriyaya neft nəqli strateji və siyasi baxımdan da əhəmiyyətlidir Deputat

Azərbaycandan Suriyaya neft nəqli strateji və siyasi baxımdan da əhəmiyyətlidir Deputat

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Suriyada neft hasilatına başlaması həm enerji siyasəti, həm də geosiyasi baxımdan əhəmiyyətli bir hadisədir. Bu addım Azərbaycanın yalnız enerji ixracatçısı kimi deyil, həm də regionlararası enerji siyasətinin formalaşdırılmasında fəal aktor kimi rolunu gücləndirir.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat söyləyib ki, Suriyada illərdir davam edən münaqişədən sonra infrastrukturun bərpası və iqtisadi sabitliyin təmin edilməsi beynəlxalq ictimaiyyət üçün prioritet məsələdir. Azərbaycanın bu mərhələdə iştirakı, onun regionda sabitlik və inkişaf yönümlü siyasətinin göstəricisidir. Bu, həm də Azərbaycanın iqtisadi və texnoloji imkanlarını siyasi nüfuz alətinə çevirir.

A.Hüseynov əlavə edib ki, bu addım, eyni zamanda enerji geosiyasətində yeni balans nöqtələri yaradır: “Azərbaycan Cənubi Qafqazdan Yaxın Şərqə enerji investisiyası edən ilk ölkələrdən biri kimi, regiondaxili və regionlararası enerji əməkdaşlığının təşəbbüskarına çevrilir. Bu isə Bakının həm OPEC+ formatında, həm də Avrasiya və Yaxın Şərq enerji bazarlarında söz sahibi olma imkanlarını artırır. Əlavə olaraq, Suriyada neft hasilatı Azərbaycanın enerji marşrutlarının şaxələndirməsi baxımından da vacibdir. Alternativ resurslara və hasilat sahələrinə çıxış Azərbaycanın daxili enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ixrac portfelini də zənginləşdirir. Bu, ölkəmizi təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada enerji sabitliyinin təminatçısı mövqeyinə yaxınlaşdırır.

Azərbaycanın Suriyadakı bu fəaliyyəti, eyni zamanda, regionda nüfuz uğrunda yarışan böyük güclərlə balanslı münasibət qurmaq strategiyasının tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Bakı bu yanaşma ilə özünü neytral, iqtisadi əməkdaşlığa əsaslanan siyasət yürüdən və beynəlxalq normalara sadiq tərəfdaş kimi təqdim edir”.

Deputat onu da vurğulayıb ki, Azərbaycanın Suriyada neft hasilatına başlaması yalnız iqtisadi deyil, həm də strateji və siyasi baxımdan əhəmiyyətlidir. Bu, ölkənin artan regional rolunun, enerji diplomatiyasının və çoxşaxəli xarici siyasətinin daha bir göstəricisidir.

Qeyd edək ki, avqustun 2-də Azərbaycandan Suriyaya qaz tədarük ediləcək.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri