Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 milyard dolları ötüb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 26 may, AZƏRTAC
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 82 milyon 589,12 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz və ya 55 milyon 842,44 min dollar azalma deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövrü ərzində Azərbaycan Türkiyədən 765 milyon 70,78 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 5,7 faiz və ya 46 milyon 323,37 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 9,11 faizini, ümumi idxalının isə 13,85 faizini təşkil edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1,39 milyard dollar olub
03 İyul 2026 16:25
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb
04 İyun 2026 17:05
Azərbaycandan ixrac edilən xam neft və neft məhsullarının dəyəri 4,5 milyard dolları ötüb
20 May 2025 11:09
Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb QRAFİK
21 Sentyabr 2026 17:13
Azərbaycandan Türkmənistana ixracın dəyəri 37 faizədək artıb
23 İyun 2026 17:32
Baxış sayı:214
Bu xəbər 26 May 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















