Azərbaycanı Avropa Kubokunda 8 karateçi təmsil edəcək
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Karatenin fullkontakt kyokuşin növü üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının üzvləri Belçikanın Antverpen şəhərinə yola düşüblər.
Federasiyadan Publika.az-a verilən məlumata görə, yığma yarışda 8 idmançı ilə təmsil olunacaq. Karateçilər baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar. Azərbaycanlı hakim Mail Abdullayev isə ədaləti qoruyacaq.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, Avropa Kubokunda ilk üç yeri tutan karateçilər dünya çempionatına lisenziya qazanacaqlar.

