Azərbaycanı bölgənin çox mühüm dövləti kimi qəbul etmək lazımdır Deputat
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın istəyi bölgədə sabitlik, əməkdaşlıq mühütinin yaradılması, bütün region dövlətlərlə normal münasibətlər qurmaqdır. Əgər İran bu istiqamətdə hərəkət edəcəksə, bunun üçün Azərbaycan tərəfindən hansısa maneə yoxdur.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə İran Prezidenti Məsud Pezişkianın ölkəsinin rəsmi orqanları tərəfindən 12 günlük müharibə vaxtı qonşu dövlətlərin, həmçinin də Azərbaycanın İsraillə əməkdaşlığına dair xəbərlərin təsdiqini tapmamasına dair açıqlamasına münasibət bildirərkən deyib.
Deputat əlavə edib ki, Azərbaycanı bölgənin çox mühüm ölkəsi, hamıya lazım olan, hamı ilə əməkdaşlıq edən dövlət kimi qəbul etmək lazımdır: “Əks halda kənarda qalacaqlar. Sadəcə olaraq onlar öz tarixlərindən ibrət dərsi götürməlidirlər”.
Pezeşkianın Azərbaycanla münasibətlərin inkişafında nə dərəcədə maraqlı olmasına gəlincə, deputat deyib ki, söhbət onların daxilində olan digər qüvvələrin fəaliyyətindən gedir: “Yəni, Ermənistana qardaş deyən, “bir millət, iki dövlət” təfəkkürü ilə çalışşan, hərbi sahədə sıx əməkdaşlıq edən, bölgədə yenidən sabitliyi pozmaq istəyi olan bir çox qruplar var. Ona görə də gəlin proseslərin necə davam edəcəyini gözləyək. İran ideoloji totalitar ölkədir. Hər zaman onların bütün addımları, bütün siyasəti məhz ideologiyaları ilə bağlı olur. Biz bunu sovet ittifaqının siyasətində görmüşük. İranın siyasəti onların ideyası ilə bağlıdır. Azərbaycan isə İslam dünyasının tarixən birinci dünyəvi ölkəsini qurub, bizim dövlət dünyəvi dövlətdir və Azərbaycanın mövcudluğu məhz həmin o totalitar qüvvələrə qıcıq verir”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 09 İyul 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















