Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada güləş üzrə ilin son və ən mötəbər yarışı böyüklərin dünya çempionatı keçiriləcək.
QOL.az xəbər verir ki, artıq yarışda ölkəmizi təmsil edəcək güləşçilərin adları açıqlanıb.
Mundialda Azərbaycanın 23 güləşçisi qüvvəsini sınayacaq. Yarışın ilk günlərində mübarizəyə yunan-Roma güləşi üzrə milli komandamız start verəcək. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edəcək.
Daha sonra estafet qadın güləşçilərimizə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) dünya çempionatında gücünü sınayacaq.
Çempionatın son günlərində isə sərbəst güləşçilərimiz xalçaya çıxacaq. Millinin baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) qələbə uğrunda mübarizə aparacaq.
“Barıs Arena”da keçiriləcək yarışda gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə 09:30-da, axşam seansının görüşləri isə 17:00-da başlayacaq.
Qeyd edək ki, I-S dərəcəli referilərimiz Asif Şirəliyev və Sədi Quliyev DÇ-də ədaləti qoruyacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Oktyabr 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















