Azərbaycanı Grand Swiss turnirində təmsil edəcək şahmatçılar bəlli olub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 5 iyun, AZƏRTAC
Bu ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək "Grand Swiss" turnirində iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub.
AZƏRTAC Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli, qadınların mübarizəsində Günay Məmmədzadə qüvvəsini sınayacaq. Gövhər Beydullayeva isə ehtiyat şahmatçılar arasında yer alıb.
Qeyd edək ki, sentyabrın 3-dən 16-dək təşkil olunacaq "Grand Swiss" turniri 11 turdan ibarət olacaq. Həm kişilərin, həm də qadınların yarışında ilk iki pilləni tutan iştirakçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
Nüfuzlu turnirin mükafat fondu 36 faiz artırılıb. Belə ki, mükafat fondu kişilərin yarışı üçün 625 min ABŞ dolları, qadın şahmatçılar üçün 230 min dollar təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















