Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Azərbaycan Respublikasının dövlət qurumları barədə Feysbuk sosial şəbəkəsində əsassız paylaşımlar edən "Palitra" hesabı və ona bağlı Tiktokda "palitranews1" adlı hesab Ermənistan vətəndaşlarına məxsusdur və qeydiyyat ünvanı kimi Ermənistan göstərilib.
Axar.az Report-a istinadən xəbər verir ki, sözügedən hesab İrəvan şəhəri, V.Sərkisyan prospekti, ev 6 ünvanında yaşayan Edqar Qazaryan və Olqa Smbatyan adlı şəxslərin istifadəsindədir.
Sosial şəbəkələrdə bu səhifələrin araşdırması onu göstərir ki, "Palitra" hesabında hər hansı bir müstəqil araşdırma əksini tapmayıb, yalnız Azərbaycanın dövlət siyasətini ləkələməyə yönələn müxtəlif paylaşımlar digər səhifələrdən kopyalanıb.
"Palitra" hesabında əksini tapan dezinformasiya xarakterli materialları dərc edən və Azərbaycana qarşı təbliğat aparan bloger və yutuberlərin fəaliyyəti araşdırılmalıdır. Bu təbəqənin arxasında Ermənistanın dayanması istisna deyil. Belə addımlar göstərir ki, Ermənistan sözdə sülhdən danışsa da, təəssüf ki, Azərbaycana qarşı yönələn əməliyyatlardan əl çəkməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 14 Yanvar 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















