Azərbaycanı məğlub etməliyik ki, ən yaxşılar arasında olaq
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir neçə futbolçumuz var ki, zədəlidir. Həkimlərlə danışdıqdan sonra start heyəti ilə bağlı yekun qərarı verəcəm.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının 6-cı turunda sabah Azərbaycan millisi ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Danimarkalı mütəxəssis sabahlı matçda qələbənin onlar üçün vacib olduğunu bildirib:
"Şənbə günü Slovakiya ilə matçda futbolçularım hər şeyi etdilər. Meydanda hər şeyi edəndə problemlər yarana bilər. Amma əminəm ki, onlar sağalmağa vaxt tapmaları üçün çalışırlar. Bir oyunumuz qalıb və Azərbaycanla görüşdə qalib gəlmək istəyirik. Bu oyun üçün də komandamızın motivasiyası var. Çünki C divizionunda dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə qazanmaq üçün ən yaxşılar sırasında olmaq lazımdır".
Qeyd edək ki, sabah Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Baxış sayı:53
Bu xəbər 18 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















