Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu citsu turnirinin qalibi olub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Stokholm, 19 sentyabr, АZƏRTAC
Stokholmda müxtəlif ölkələrdən 450-yə yaxın idmançının iştirak etdiyi Braziliya ciu-citsusu üzrə “Battle of Stockholm” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda İsveçdə yaşayan və Azərbaycanı təmsil edən 16 yaşlı Amadeus Manquliyev də iştirak edib. Çəkisi 104 kiloqram olan idmançı böyüklər arasında ağ kəmər sahiblərinin 100,5 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparıb.
Yarış zamanı A.Manquliyev 22 yaşlı isveçli idmançı Tor Papinniemi ilə qarşılaşıb və 10:0 hesabı ilə inamlı qələbə qazanıb. Turnirin yekunlarına əsasən, Amadeus Manquliyev qızıl medala layiq görülüb.
Yarışlar “Eriksdalshallen” idman kompleksində keçirilib. Görüşlər eyni vaxtda beş tatamidə baş tutub. İdmançılar gün ərzində müxtəlif yaş və çəki kateqoriyalarında mübarizə aparıblar.
Bu, 16 yaşlı Amadeusun cari ildə ilk uğuru deyil. O, mayın 23-də Stokholmda keçirilən “Stockholm BJJ Open” turnirində 100,5 kiloqramdan yuxarı çəki dərəcəsində gümüş medal qazanıb. Ümumilikdə, bu il idmançının aktivində üç qızıl və bir gümüş medal var.
Nərgiz Cəfərli
ZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 19 Sentyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















