Azərbaycanın 13 vətəndaşımızı azad etməsi... Zaxarova
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Məsələ avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclaslarında ətraflı müzakirə olunub. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb”, - Zaxarova bildirib.
Rusiya XİN rəsmisinin sözlərinə görə, iyulun 3, 14 və 23-də Bakı İstintaq Təcridxanasına konsulluq əməkdaşları tərəfindən Rusiya vətəndaşlarına artıq üç dəfə baş çəkilib:
“Dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələlik buna razılıq verməyib. Güman edirik ki, belə razılıq alınacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 04 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















