Azərbaycanın 2 güləşçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.
Azərbaycanın iki təmsilçisi qitə çempionatında finala vəsiqə qazanıb. Kənan Heybətov (70 kiloqram) və Fərid Cabbarov (79 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, rusiyalı Maqomed Eltemirov və Arsen Balayanla üz-üzə gələcəklər.
Təsəlliverici görüşlərdə Rəhman İmanov (57 kiloqram) Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla, Murad Haqverdiyev (65 kiloqram) ukraynalı Mikita Qonçarovla güləşəcək.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın yunan Roma güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb
13 Aprel 2025 21:59
Basketbol üzrə Türkiyə millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
13 Sentyabr 2025 00:10
AzMİU nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb
08 Aprel 2025 13:02
Üç cüdoçumuz Avropa çempionatının finalına vəsiqə QAZANDILAR
15 Noyabr 2024 18:34
Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında
13 Sentyabr 2025 23:02
Baxış sayı:118
Bu xəbər 08 Mart 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















