Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Azərbaycanın “2 illik” legionerləri I HİSSƏ

Azərbaycanın “2 illik” legionerləri I HİSSƏ

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa və Cənubi Amerikada dünyaya gələn hər gəncin ilk arzularından biri futbolçu olmaqdır. Uşaq yaşlarında hamımız ayağımıza top dəydiyi an özümüzü gələcəyin yeni ulduzu hesab edib, milyonlarla insanın sevimlisinə çevriləcəyimizi düşünürük. 

Bu xəyalı gerçəkləşdirənlərin sayı isə demək olar ki, azdır. Azərbaycanı dünya arenasında Ronaldonun Portuqaliyanı, Messinin Argentinanı təmsil etdiyi kimi təmsil edən olmasa da, bizim də öz ölkəmizdə tanınan, sevilən futbolçular çoxdur. 

Son illərdə təmsilçilərimiz sanki Avropaya “ayaq açıb”. Mahirin “Nürnberq”də, Rahilin “Radomyak”da, Cəlalın “Arda”dakı çıxışlarını sevərək izləyirik. 

Lakin bütün futbolçularımızın taleyi uğurlu alınmayıb. Aralarında meydana çıxmadan klubunu tərk edən, müqaviləsinə erkən xitam verilənlər də olub.

Sizin üçün yaxın 15 ildə legioner həyatı yaşayan azərbaycanlı futbolçuları bir araya topladıq.

Vaqif Cavadov: “ÇSKA” (Rusiya) – 2004-07, “Tvente” (Niderland) – 2010-11, “Nijni Novqorod” (Rusiya) – 2011-12, “Qaziantep BB” (Türkiyə) – 2014-15, “Boluspor” (Türkiyə) – 2015

Hazırda “Sumqayıt”ın baş məşqçisi vəzifəsini icra edən veteran futbolçu xaricdə legioner həyatı yaşayan oyunçular arasında öz yerini alır. Peşəkar karyerasına ÇSKA-da başlayan sabiq hücumçu Niderlandın “Tvente” klubunun diqqət mərkəzinə çevrilib. Avropaya çıxışı da bu klubla olan həmyerlimiz həmin şansdan yetərincə istifadə edə bilməyib. Niderland təmsilçisi ilə rəsmi oyuna çıxmayan forvard 1 il sonra Rusiyanın “Volqa” klubuna keçid edib. 

Ardınca Türkiyənin “Qaziantep” və “Boluspor” komandalarında da çıxış edən Cavadov 2019-cu ildə futbolçu karyerasını sonlandırıb.

Emin Mahmudov: “Saturn” (Rusiya) – 2010, “Spartak” (Rusiya) – 2011-14, “Krılya Sovetov” (Rusiya) – 2014-16, “Mordoviya” (Rusiya) – 2015-16, “Boavişta” (Portuqaliya) – 2016-17 

Saatlıda anadan olan Emin uşaq yaşlarında Rusiyanın “Saturn” klubunun akademiyasında futbola başlayıb. 2010-cu ildə bu komandanın əsas heyətində debüt edən yarımmüdafiəçi 1 il sonra böyük ümidlərlə “Spartak”a transfer olunub. “Spartak”da öz sırasını gözləməyə səbri çatmayan oyunçu icarə əsasında “Tom”a qoşulub. Burada cəmi 8 oyuna çıxan futbolçu “Spartak”a qayıdır. 2013-cü ildə “Krilya Sovetov”da icarə əsasında çıxış edir. Həmvətənlimiz 2016-cı ildə Portuqaliyanın “Boavişta” klubunda futbol həyatını davam etdirib.

Aşağı yaş qrupları üzrə Rusiya millilərində çıxış edən Emin 2016-cı ildən Azərbaycan milli komandasının formasını geyinib.

Araz Abdullayev: “Everton” (İngiltərə) – 2011-12, “Panionios” (Yunanıstan) - 2012, 2018-20, “Anortosis” (Kipr) – 2017-18, “Boluspor” (Türkiyə) – 2020-21, “Etnikos” (Kipr) – 2021-22, “Llapi” ( Kosovo) – 2023

“Neftçi”nin yetirməsi olan Araz 2008-ci ildə komandanın əsas heyətində debüt edib. Gənc olmasına baxmayaraq, 2011-ci ildə “Everton” klubuna transfer olunan yarımmüdafiəçi İngiltərə təmsilçisinin heyətində oyuna çıxmadan “Neftçi”yə qayıdıb. O, daha sonra Yunanıstanın “Panionios” klubunda icarə əsasında çıxış edib. Yunanıstanda 6 ay oynayan futbolçu yenidən “Neftçi”yə dönüb. Bir müddət ölkə daxilində oynadıqdan sonra 2017-ci ildə Kiprin “Anortosis” komandasına 1 illik icarəyə verilib. Buradakı gözoxşayan çıxışı nəticəsində keçmiş klubu “Panionios”a transfer olunub. Amma heç iki ay keçmədən icarə əsasında “Qarabağ”a yollanıb. Müsahibələrində nəyə görə Yunanıstan təmsilçisində qalmadığı soruşulduğunda heç bir səbəb açıqlamayıb. Onun “Qarabağ” günləri də heç yaxşı keçmədi.

Daim intizamsızlığı ilə seçilən oyunçu məşqlərə biganə yanaşır, baş məşqçi və klub rəhbərliyi ilə mübahisə edirdi. 32 yaşlı futbolçu hazırda “Qaradağ-Lökbatan” klubunun uğurları üçün çalışır.

Rail Məlikov: “Denizlispor” (Türkiyə) – 2012-13, 2014-15

2004-cü ildə “Bakı”da futbola başlayan Railin xaricə ilk addımı “Denizlispor” ilə olub.

2012-ci ildə Türkiyə klubuna transfer olunan müdafiəçi 1 illik “Qəbələ” fasiləsindən sonra 2014-cü ildə yenidən “Denizlispor”a qayıdıb. Futbolçunun millimizin bir çox oyunçusu kimi təlim-məşq toplanışlarına gecikməsi, həmçinin ailə faktoru səbəblərindən xaricdəki karyerası o qədər də uzunmüddətli olmayıb.

Ruslan Abışov: “Rubin” (Rusiya) – 2013-15 

Futbola uşaq yaşlarından maraq göstərən Abışov 6 yaşından sevimli idman növü ilə məşğul olmağa başlayıb. O, 18 yaşına çatanda “Neftçi” ilə ilk rəsmi müqaviləsini imzalayıb.

Ruslan 2012-ci ildə gözlənilməz qərar ilə “ağ-qaralar”ın əzəli rəqibi “Xəzər Lənkəran”a transfer olub. Burada 1 il keçirdikdən sonra onun legioner həyatı başlayıb. 

Abışov 2013-cü ildə Rusiyanın “Rubin” klubuna transfer olundu. Lakin burada keçirdiyi ilk mövsümdə yalnız 1 dəfə forma şansı qazanan həmyerlimiz heyətdə möhkəmlənə bilmədi. Ardınca o, icarə əsasında “Qəbələ”yə yollandı və daha sonra bu kluba transfer edildi.

Ramil Şeydayev: “Zenit” (Rusiya) – 2013-16, “Trabzonspor” (Türkiyə) – 2016-18, “Jilina” (Slovakiya) – 2017, “Krilya Sovetov” (Rusiya) – 2018-19, “Dinamo Moskva” (Rusiya) – 2019, “Buriram Yunayted” (Tailand) – 2023, “Kocaelispor” (Türkiyə) - 2024

Ramil "Zenit" futbol akademiyasının yetirməsidir. 3 il Rusiya təmsilçisində çıxış etdikdən sonra Türkiyənin “Trabzonspor” klubu ilə müqavilə imzalayıb. İstədiyi oyun vaxtını ala bilməyən forvard Slovakiya “Jilina”sına icarə əsasında yollanıb. 2018-ci ildə Rusiyaya geri qayıdan hücumçu Moskva “Dinamo”sunda uğursuz mövsüm keçirib. Nəticədə Azərbaycana qayıdan futbolçu “Qarabağ”la istədiyi oyunu nümayiş etdirməyi bacarıb. Ölkə çempionu və Premyer Liqanın bombardiri olduqdan sonra Tailanda üz tutan Şeydayev “Buriram Yunayted” forması geyinib. Burada yaşadığı mübahisələr, qarışdığı kütləvi dava millimizin üzvü üçün xoş olmayıb. Son olaraq “Kocaelispor”da legioner həyatı yaşayan Ramil “Neftçi” ilə Azərbaycana qayıdıb.

Kamran Ağayev: “Kayserispor” (Türkiyə) – 2015, “Karşıyaka” (Türkiyə) – 2015, “Boavişta” (Portuqaliya) – 2016-17, “Mlada Boleslav” (Çexiya) – 2017

Azərbaycanın son illərdə ən tanınmış qapıçısı olan Kamran Ağayev “Bakı” akademiyasında püxtələşib. “Qəbələ”də oynayarkən “Kayserispor” rəsmiləri tərəfindən bəyənilən qolkiper 2015-ci ildə həmin komandaya transfer olunub. Kluba uyğunlaşmaqda çətinlik çəkən Ağayev 6 ay sonra “Karşıyaka”ya icarə əsasında yollanır. Burada da 13 oyuna 20 qol buraxan qapıçısı Türkiyə təmsilçisindən alacağı 35 min dollardan imtina edərək komandadan ayrılıb. 

2016-cı ildə “Boavişta” ilə 2 illik müqaviləyə imza atan futbolçunun ilk vaxtlar sərgilədiyi oyun gözoxşayan olsa da, zədə səbəbindən heyətdəki yerini itirib. Nəticədə 1 il sonra Kamran “Boavişta”nı tərk edib. Qolpiker xaricdə son olaraq Çexiyanın “Mlada Boleslav” klubunun şərəfini qoruyub. 

Budaq Nəsirov: “Sportinq” (Portuqaliya) – 2016-21

Karyerasına “Turan Tovuz”da başlayan yarımmüdafiəçi burada göstərdiyi oyunla Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. 

5 illik müqaviləyə imza atan oyunçu burada 3 ilini keçirdikdən sonra Portuqaliya təmsilçisi onunla olan müqaviləsinə xitam verib. 28 yaşlı oyunçu hazırda Azərbaycan Region Liqasında “Naftalan”ın şərəfini qoruyur.

Vüsal İsgəndərli: “Keçiörəngücü” (Türkiyə) – 2021-22, “Eqnatiya” (Albaniya) – 2023-24, “Boluspor” (Türkiyə) – 2024-davam edir

Kiçik yaşlarından futbola böyük marağı olan Vüsal ilk addımlarını “Rəvan”da atıb. Onun xaricə ilk çıxışı “Keçiörəngücü” ilə olub. 

Burada bir mövsüm keçirdikdən sonra sırasıyla “Sumqayıt” və Albaniyanın “Eqnatiya” komandalarının şərəfini qoruyub. Albaniyadan ayrılmasına səbəb kimi bildirib ki, “Albaniyada problemlər çox idi, dili bilmirdim, yeməklərini yeyə bilmirdim”. 

Hazırda oyunçu “Boluspor” klubunun heyətində çıxış edir.

Namik Ələskərov: “Bursaspor” (Türkiyə) – 2021-22

“Bakı” futbol klubunun yetirməsi olan Namik Azərbaycanın bir neçə klubunda çıxış edib. “Neftçi”də çempionluğun memarlarından biri olan yarımmüdafiəçini Türkiyənin “Bursaspor” komandası heyətinə qatıb. 

Digər oyunçularımızdan fərqli olaraq Namik özünü komanda və rəhbərliyə sevdirə bilib. Lakin “Bursaspor” 1-ci Liqadan 2-ci Liqaya düşüb və Türkiyə Futbol Federasiyasının qaydalarına əsasən, 2-ci Liqada klublar legioner futbolçu oynada bilməz. 

Bu səbəbdən Bursa təmsilçisi Namiklə olan müqaviləsinə xitam verməyə məcbur olub. 

Musa Qurbanlı: “Yurqorden” (İsveç) – 2023-24

Futbol həyatına “Neftçi” akademiyasında başlayan Musa ardınca “Qarabağ”a keçib. 2023-cü ildə sərgilədiyi oyunla Azərbaycanın gələcəyi hesab edilən Musa İsveçin “Yurqorden” klubuna transfer olunub. 

İsveç təmsilçisində gözləntiləri qarşılaya bilməyən forvard 2024-cü ildə müqaviləsinə xitam verərək “Qarabağ”a qayıdıb.

Zamiq Əliyev: “Eqnatiya” (Albaniya) – 2024-davam edir

Zamiq futbola “Qarabağ”da başlayıb. Aşağı yaş qruplarının hər birində oynayan müdafiəçi 2023-cü ildə “Araz-Naxçıvan”la rəsmi müqavilə imzalayıb. 

Burada göstərdiyi inamlı oyun ilə 1 il sonra Albaniyanın “Eqnatiya” klubu ilə 3 illik müqavilə imzalayıb.

Ardı olacaq…

Hacı Heydər

Alvaro Morata: Kölgədə Qalan Ulduz Lebron Ceyms: Basketbol Dünyasının Nəhəngi Sofyan Amrabat: "Fənərbaxça" Yarımmüdafiəsinin Dayağı Davinson Sançez: "Qalatasaray"ın Canlı Səddi Erik ten Haq Kimdir? "Mançester Yunayted"in Uğursuzluğunun Qurbanı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri