Icma.az
close
up
RU
Azərbaycanın 2025 2026 cı illər üçün iqtisadi perspektivləri...

Azərbaycanın 2025 2026 cı illər üçün iqtisadi perspektivləri...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iqtisadi artımını 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bankın “Regional iqtisadi perspektivlər” hesabatının may buraxılışında deyilir.

Proqnozlar fevral ayı təxminləri ilə eyni səviyyədə qalıb. Bu il də artımın əsas amilləri qeyri-neft sektorunun inkişafı və dövlət investisiyalarının davam etdirilməsi olaraq qalacaq. Bununla belə, bank iqtisadiyyatın neft və qaz qiymətlərindəki dəyişkənliyə, xarici tələbin azalmasına, ticarət siyasətindəki qeyri-müəyyənliyə və regional normallaşma proseslərində mümkün pozulmalara qarşı yüksək həssaslığını vurğulayır.

Hesabata əsasən, 2024-cü ildə qeyri-neft sektorlarının fəal inkişafı və irimiqyaslı dövlət investisiyaları sayəsində Azərbaycanın iqtisadi artımı sürətlənib. Real ÜDM 4,1 % artıb (2023-cü ildə 1,4 % idi). İqtisadiyyatın qeyri-neft sektorundakı artım isə 6,2 % təşkil edib (2023-cü ildə 3,7 % idi) ki, bu da tikinti, İKT, nəqliyyat və turizm sahələrində canlanma ilə bağlı olub.

EBRD-nin məlumatına görə, iqtisadi fəallıq əhalinin real gəlirlərinin artımı və infrastruktura irimiqyaslı investisiyalar hesabına dəstəklənib. 2024-cü ilin mart ayından etibarən Avropaya tədarük üçün qaz hasilatının artması fonunda neft-qaz sektoru da artımı bərpa edib.

“Lakin 2025-ci ilin birinci rübündə real ÜDM-in artım tempi illik ifadədə 0,3 %-ə qədər azalıb (bir il əvvəl 4 % idi). Bu da qeyri-neft sektorunun davamlı artımına baxmayaraq, neft və qaz hasilatının azalması ilə əlaqədardır.

Bu dövrdə inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf dəhlizi daxilində (4% ±2%) qalıb. 2024-cü ilin aprelində illik inflyasiya son 9 ilin ən aşağı səviyyəsinə – 0 %-ə düşüb. 2025-ci ilin mart ayında o, əsasən ərzaq məhsullarının və xidmətlərin bahalaşması səbəbindən 5,9 %-ə qədər sürətlənib”, – EBRD-dən bildirilib.

AMB 2023-cü ilin sonunda inflyasiya təzyiqlərinin azalmasına cavab olaraq əsas uçot dərəcəsini 175 baza bəndi azaldaraq 2023-cü ilin noyabrındakı 9 %-dən 2024-cü ilin mayında 7,25 %-ə endirib və onu bu səviyyədə qoruyub saxlayıb. Kreditləşmənin sürətli artımı fonunda (2024-cü ildə 20 %-dən çox) AMB 2025-ci ilin martında qüvvəyə minən 0,5 %-lik kontrtsiklik kapital buferini tətbiq edib.

Ümumilikdə Şərqi Avropa və Qafqaz regionunda dolayı ticarətin və Cənubi Qafqaz iqtisadiyyatlarına əmək və kapital axınının təsiri zəifləməyə başladığı üçün iqtisadi artım 2023-cü ildəki 4,5 %-dən 2024-cü ildə 3,9 %-ə qədər azalıb. Artımın 2025-ci ildə 3,5 %-ə (fevral proqnozundan 0,1 faiz bəndi aşağı) qədər yavaşlaycağı, 2026-cı ildə isə yenidən 4,3 %-ə (dəyişmədən) qədər artacağı gözlənilir.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, 2025-ci ildə ÜDM-in artımı 3,7 %, 2026-cı ildə isə 3,2 % səviyyəsində gözlənilir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları isə müxtəlifdir. “S&P Global” illik 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody’s” isə illik 2,5 % artım gözləyir.

Beynəlxalq Valyuta Fondu iqtisadi artımın 2025 və 2026-cı illərdə müvafiq olaraq 3,5 % və 2,5 % olacağını proqnozlaşdırır. Dünya Bankı isə iqtisadi artımın 2025-ci ildə 2,6 % və 2026-cı ildə isə 2,4 % olacağını gözləyir. Asiya İnkişaf Bankı müvafiq olaraq 3,4 % və 3,3 %, Niderlandın “ING Group”u isə ÜDM-in 2025-ci ildə 2 % və 2026-cı ildə isə 2,5 % artacağını gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri