Icma.az
close
up
RU
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı

Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin 01 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 24 milyard 464,7 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,7 faizini təşkil etmişdir.

Marja.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2026-cı ilin I rübü üzrə dövlət borcuna dair hesabata istinadən xəbər verir ki, ümumi dövlət borcunun 7 milyard 971,8 milyon manatı (4 milyard 689,3 milyon ABŞ dolları) və ya 32,6 faizi xarici dövlət borcunun, 16 milyard 492,9 milyon manatı və ya 67,4 faizi daxili dövlət borcunun payına düşür.
Hesabat tarixinə Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya sənədi ilə (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30%-dən çox olmaması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilmişdir.

Dəyişkən faizli dövlət borcunun ümumi borc portfelində payı

2026-cı ilin 01 aprel tarixinə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə hədəf gözlənilmiş və dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16 faizini təşkil etmişdir.

Xarici dövlət borcu

2026-cı ilin 01 aprel tarixinə xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil etmişdir. 2026-cı ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon ABŞ dolları məbləğində azalmışdır.

Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,1 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 50,9 faizini təşkil etmişdir.

Xarici dövlət borcunun 59,2 faizi 5 ilə qədər olan müddətdə, 35,4 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

2026-cı ilin 01 aprel tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 86,1 faiz, avro – 6,1 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,1 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.

2026-cı ilin 01 aprel tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 158,5 milyon ABŞ dolları məbləğində əsas borc, 71,9 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir.

2026-cı ilin 01 aprel tarixinə ölkənin strateji valyuta ehtiyatları 85,2 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 18,2 dəfə üstələyir.

Daxili dövlət borcu

2026-cı ilin 01 aprel tarixinə daxili dövlət borcu 16 milyard 492,9 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2026-cı ilin 01 yanvar tarixi ilə müqayisədə 1 milyard 311,6 milyon manat azalmışdır. Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 695,5 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 797,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

Hesabat tarixinə dövriyyədə olan 7 milyard 695,5 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 54,4 faizi 2 və 3 illik, 45,6 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
2026-cı ilin 01 aprel tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,60 təşkil etmişdir. Cari ilin 3 ayı ərzində qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olmuşdur.
2026-cı ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1.310,9 milyon manat məbləğində əsas borc ödənişləri, 132,5 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.

Dövlət zəmanətli borc

2026-cı ilin 01 aprel tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 6 milyard 762,4 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil etmişdir. Dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6 milyon ABŞ dolları) və ya 76,7 faizi xarici dövlət zəmanətli kreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına olmuşdur.

 2026-cı ilin 01 aprel tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 47,0 faiz, avro – 25,5 faiz, manat – 19,4 faiz, yapon yeni – 2,7 faiz, digər valyutalar – 5,4 faiz.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 40,1 faizini sabit, 59,9 faizini dəyişkən faiz dərəcəli öhdəliklər təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://marja.az
archiveBu xəbər 28 Aprel 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri