Icma.az
close
up
RU
Azərbaycanın 3 bölgəsinə yad varlıqların hücumu Region təhlükədə

Azərbaycanın 3 bölgəsinə yad varlıqların hücumu Region təhlükədə

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Balakən, Zaqatala, Qax və ətraf rayonların sakinləri “mərmər bağacığı”nın (mərmər taxtabiti) kütləvi hücumuna məruz qalıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə həşəratların evlərə dolduğu, vəziyyətin isə gündən-günə ağırlaşdığı açıq şəkildə görünür. Yerl sakinlərin sözlərinə görə, onlardan qurtulmaq mümkün deyil.

Mərmər taxtabitinin kütləvi yayılmasının səbəbləri nələrdir? Kənd təsərrüfatı üçün hansı riskləri yaradır? Bu prosesin qarşısını necə almaq olar?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, bu, ölkəmiz və Qafqaz ekoregionu üçün xarakterik olmayan istilaçı həşərat növüdür:

 “Növün mənşəyi Çin, Yaponiya və Vyetnam kimi Uzaq Şərq ölkələridir. Hazırda o, arealından minlərlə kilometr məsafədə olan Azərbaycan entamofaunasına daxil olaraq sürətlə yayılır. Ümumilikdə istilaçı, yəni invaziv növlər yayıldıqları ekosistemlərə müxtəlif təsirlər göstərə bilərlər, indi biz növün aqressiv formada təsirini müşahidə edirik. O, zəhərli deyil, insan həyatı üçün birbaşa təhlükə yaratmır. Amma ölkəmizin flora və faunası ilə yanaşı, yaşayış məntəqələrində diskomforta səbəb olur. Ekoloji baxımdan bu növ təbiətimiz üçün yad sayılır. Yerli ekosistem onun varlığına uyğunlaşmayıb və təbii bioloji düşmənləri mövcud deyil. Qida zəncirində yer almadıqları üçün sayları sürətlə artır. Eyni zamanda spesifik iyə malik həşəratı ev quşlarından heç biri yemir”.

Arzu Mustafayev

Ekoloq bildirib ki, meşələr və kənd təsərrüfatı sahələrində lokal yayılma hallarında herbisidlərlə dərmanlama müəyyən nəticə verir:

“Lakin həşərat geniş ərazilərə yayıldıqda bu üsul artıq effektiv olmur. Proqnozlara görə, güclü soyuqlar və ya təbii seleksiya prosesi baş vermədiyi təqdirdə, bu növ Azərbaycanın şimal-qərb bölgəsində yerli faunanın bir hissəsinə çevrilə bilər. Nəticədə bir çox yerli və endem fauna ilə flora növləri sıxışdırılaraq sayca azala, ya da tamamilə məhv ola bilər. Bu, xüsusilə Qafqaz regionu üçün xarakterik olan həssas növlərin ekoloji tarazlığını pozacaq. Əgər yaxın vaxtlarda bu növün yayılmasının qarşısını almaq üçün təbii və ya insan amilli müdaxilələr həyata keçirilməsə, həm meşə ekosistemlərində, həm də aqrar sektorda daha ciddi fəsadlar müşahidə olunacaq. Onun arealının genişlənməsi və ölkənin digər bölgələrinə yayılması ehtimalı da yüksəkdir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri