Azərbaycanın ABŞ ilə builki ticarət dövriyyəsinin dəyəri 467 milyonu ötüb
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 467 milyon 191 min ABŞ dolları təşkil edib.
Hurriyyet.media -nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % azdır.
Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,9 %-i qədər olub.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb. Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 İyul 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















