Icma.az
close
up
RU
Azərbaycanın Aktaudakı Baş konsulu Manqistau vilayətinin akimi ilə görüşüb

Azərbaycanın Aktaudakı Baş konsulu Manqistau vilayətinin akimi ilə görüşüb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı ilə Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay arasında nəzakət görüşü keçirilib. 

Görüşün əvvəlində N.Kilıbay A.Süleymanlını salamlayaraq onu Azərbaycanın Aktauda baş konsulu vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. 

A.Süleymanlı qəbula görə təşəkkür edib, dövlətlərimizin strateji tərəfdaş və müttəfiq ölkə olduğunu diqqətə çatdıraraq deyib ki, Azərbaycanla Qazaxıstanın qərb regionları arasında mədəni, iqtisadi, humanitar, idman, ticarət və digər sahələrdə əlaqələrin inkişafı üçün əlindən gələni edəcək.

Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi, mədəni, dini və dil əlaqələrinin, eləcə də ənənəvi dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi olduğunu söyləyən A.Süleymanlı vurğulayıb ki, prezidentlərimiz arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Regionda gedən proseslərdə dövlət başçılarımızın koordinasiyalı siyasət yürütdüyünü, istənilən məsələdə qarşılıqlı dəstəyin olduğunu qeyd edən A.Süleymanlı əlaqəli iş birliyi içində  fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib.

Ölkələrimiz arasında Ali Dövlətlərarası Şuranın fəaliyyət göstərdiyini, 2024-cü ilin mart ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirildiyini qeyd edən baş konsul bildirib ki, ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlarda, əsasən də Türk Dövlətləri Təşkilatı çərçivəsində  fəal qarşılıqlı fəaliyyət göstərir.

İqtisadi münasibətlərin vəziyyətinə gəlincə, A.Süleymanlı bildirib ki, Azərbaycanda Ələt Azad İqtisadi Zona fəaliyyət göstərir, bu zona ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında daha sıx əlaqələrin yaradılması, o cümlədən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində  fəaliyyətin aktivləşdirilməsi hər iki tərəf üçün faydalı olar və ölkələrimizin iqtisadiyyatına böyük gəlir gətirə bilər.

2009-cu ilin oktyabr ayında Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Sumqayıt və Aktau şəhərlərinin qardaşlaşmış şəhər olması haqqında Bəyannamə imzalandığını diqqətə çatdıran A.Süleymanlı qeyd edib ki, görkəmli qazax mütəfəkkiri və türkoloqu Əhməd Baydursunovun 150 illik yubileyi şərəfinə Sumqayıt şəhərinin küçələrindən birinə onun adı verilib. Baş konsul Aktau şəhərinin küçələrindən birinə Azərbaycan mütəfəkkirlərindən birinin adının  verilməsini xahiş edib.

A.Süleymanlı görüşdə vurğulayıb ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Bu ilin mart ayında Qazaxıstanın Baş naziri Oljas Bektenovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda rəsmi səfərdə olduğunu, Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və ölkənin 22 universitetinin, o cümlədən Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rəhbərlərinin də nümayəndə heyətinin tərkibində Azərbaycanda olduqlarını diqqətə çatdırıb. Səfər çərçivəsində Qazaxıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin ölkəmizin aparıcı ali məktəblərinin rəhbərliyi ilə mühüm görüşlər keçirdiyini qeyd edən baş konsul deyib ki, hazırda Qazaxıstanda Azərbaycandan 222, Azərbaycanda isə Qazaxıstandan 80-ə yaxın tələbə təhsil alır. 100-ə yaxın azərbaycanlı tələbə Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində oxuyur.

A.Süleymanlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Qazaxıstanın Ermənistanın işğalından azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini inşa  edilməsinə və  Qarabağın bərpasında göstərilən qardaş köməyinə görə təşəkkürünü bildirib.

Baş konsul Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı göstərilən operativ köməyə görə ölkə rəhbərliyinə və akimə təşəkkür edib və bildirib ki, Azərbaycan xalqı qardaş qazax xalqının bu həssaslığını heç vaxt unutmayacaq.

N.Kilıbay deyib ki, Azərbaycanla Qazaxıstan strateji tərəfdaş, dost və qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq  əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır, ölkələrimiz isə iki müstəqil dövlət olaraq  30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir.

Baş konsulun görüşdə toxunduğu məsələlərə münasibət bildirərkən akim qeyd edib ki, Aktau şəhərində küçələrin adlarının olmadığını nəzərə alaraq parklardan birinə Azərbaycan mütəfəkkirlərindən birinin adını  vermək və ya abidəsini qoymaq mümkündür. N.Kilibay həmçinin qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.  

Görüşün sonunda A.Süleymanlı konsulluq patentini akim N.Kilıbaya  təqdim edib, səmimi qəbula görə təşəkkürünü bildirib. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri