Azərbaycanın aldığı qırıcılar Hindistana meydan oxuyur
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın Pakistana hücumundan sonra iki ölkənin hərbi hava qüvvələrinin müqayisəsi ilə bağlı müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, Türkiyənin təhlükəsizlik məsləhətçisi, istefada olan mayor Mete Yarar Pakistan hava qüvvələrinin arsenalındakı JF-17C təyyarələrinin əldə etdiyi uğurlara diqqət çəkib. O bildirib ki, Pakistan bu təyyarələr sayəsində Hindisanın Fransadan aldığı “Rafale” təyyarələri ilə döyüşdə üstünlük əldə edib. Qeyd edək ki, münaqişə zamanı Pakistan Hindistanın hücuma keçən bir neçə təyyarəsini zərərsizləşdirdiyini elan etmişdi.
Xatırladaq ki, Azərbaycan ordusu da müasir və çoxməqsədli JF-17C təyyarələrini Hərbi Hava Qüvvələrinin arsenalına daxil etmişdi. JF-17C təyyarələri Pakistan Aviasiya Kompleksi və “Chengdu” Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanıb.
Baxış sayı:75
Bu xəbər 12 May 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















