Azərbaycanın altı cüdoçusu yeniyetmələrin dünya çempionatında mübarizəyə başlayır
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatına start veriləcək.
“Report”un turnirə ezam olunan əməkdaşının məlumatına görə, ilk yarış günündə dörd çəkidə qaliblər müəyyələşəcək.
Oğlanlarda 50, 55 kq, qızlarda 40 və 44 kq-da mükafatçılar bəlli olacaq.
Azərbaycan təmsilçilərindən 44 kq çəki dərəcəsində Gülşən Hüseynova 1/16 finalda Yana Pritulyakla (Rumıniya), Xədicə Abdullayeva isə eyni raundda Aynara Seitjanova (Qazaxıstan) ilə güləşəcək.
Oğlanlardan Rza Xəlilli 1/16 finalda Tsvetelin Martinovla (Bolqarıstan), Anar Quliyev (hər ikisi 50 kq) Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə üz-üzə gələcək.
Nəhayət, Rəsul Əlizadə 1/16 finalda Badar-Uqan Badamdorjla (Monqolustan), Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq) isə Viktor Uqo Silva (Braziliya) ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatında fərdi müvarizə avqustun 30-da bitəcək. Avqustun 31-də qarışıq komanda yarışı baş tutacaq.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 27 Avqust 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















