Icma.az
close
up
RU
Azərbaycanın Avropada ARTAN NÜFUZU “Ölkəmiz Aİ üçün əvəzolunmaz tərəfdaşdır”

Azərbaycanın Avropada ARTAN NÜFUZU “Ölkəmiz Aİ üçün əvəzolunmaz tərəfdaşdır”

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gedib.
Səfər çərçivəsində Dövlət başçısı Avropa İttifaqı liderləri, o cümlədən bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib.
Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər qarşı tərəfin müraciətləri əsasında baş tutub. Bu isə Azərbaycan Prezidentinin Avropada yüksək nüfuzunun, ona göstərilən böyük hörmətin göstəricisi olmaqla yanaşı, ölkəmizin müsbət imicinin də göstəricisidir.
“İlham Əliyevin mövqeyi Aİ liderləri üçün çox önəmlidir”.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısına ilk dəfə dəvət olunmur:
“Azərbaycan lideri bu toplantılara dəfələrlə dəvət alıb. Təbii ki, bu da Azərbaycanın artan nüfuzunun və Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təntənəsidir.
 

Nəzərə alaq ki, həm Ukrayna müharibəsi, həm də digər məsələlər Avropa liderlərini ciddi narahat edir. Ona görə də Avropanın aparıcı dövlətlərinin başçıları bir araya gələrək gündəmi, problemləri və perspektiv imkanları müzakirə edirlər.


Təbii ki, belə həssas və vacib məsələlərdə Prezident İlham Əliyevin mövqeyi və fikirləri Avropa İttifaqı liderləri üçün çox önəmlidir.

Təsadüfi deyil ki, tədbir çərçivəsində Azərbaycan Prezidenti ilə çoxtərəfli və ikitərəfli görüşlər olub. Məsələn Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv müzakirələr aparıb.
Bu barədə hətta xanım der Lyayen özünün sosial səhifəsində paylaşım edib. Bundan əlavə dövlətimizin başçısı Avropanın aparıcı ölkələrinin liderləri ilə təkbətək görüşüb., Fransa, İtaliya və digər ölkələrin liderləri ilə Azərbaycan Prezidenti vacib müzakirələr aparıb”.
Sabiq nazir onu da qeyd edib ki, Azərbaycan Aİ üçün əvəzolunmaz tərəfdaşdır:
“Aİ-nin enerji təhlükəsizliyində ölkəmizin xüsusi payı var. Eləcə də İttifaqın 10-dan artıq ölkəsi Azərbaycanın strateji tərəfdaşıdır. Təsadüfi deyil ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı Sammitində jurnalistlərə açıqlama verərkən Azərbaycanı Avropanın “qızıl ehtiyatı” adlandırıb.
Sözügedən fikirlər Azərbaycanın iqtisadi-siyasi gücünün göstəricisi və etibarlı tərəfdaş olduğunun təsdiqidir. Bu da o deməkdir ki, artıq Avropa İttifaqı Azərbaycanla hesablaşır. Onun maraqlarını və mövqeyini bir qayda olaraq nəzərə alır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri