Icma.az
close
up
RU
Azərbaycanın Avropanın qaz təchizatında rolu artır Pərvanə Vəliyeva

Azərbaycanın Avropanın qaz təchizatında rolu artır Pərvanə Vəliyeva

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

"Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Bu ilki toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. İştirakçı sayının ildən-ilə artması ölkəmizin etibarlı enerji tərəfdaşı kimi özünü qlobal dünyada sübut etməsi ilə bağlıdır".

Bu barədə Manset.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva açıqlamasında deyib. O bildirib ki, ölkəmiz 30 ili ötən il tamam olan “Əsrin müqaviləsinin” imzalanması ilə əsas enerji bazarına daxil olmuş və Azərbaycan neftinə rəğbət ildən-ilə artmışdır:

"Bu uğurlar nəticəsində əldə olunan gəlirlərlə qeyri-neft sektorunun inkişaf etməsi üçün sərmayə qoyulmuş, dövlət əhəmiyyətli sosial layihələr icra olunmuşdur. Hazırda isə ölkəmiz etibarlı yaşıl enerji tərəfdaşı kimi də birgə layihələr icra edir, bərpa olunan və alternativ enerji resurslarımızdan səmərəli istifadə edilməsi ilə enerji bazarında dayanıqlılığa nail olunmağa çalışılır. Yaşıl enerjinin ixrac olunması məsələsi gündəmdə olduğu bir zamanda ən son texnologiyalara investisiyaların artırılması və insan resurslarının bazasının gücləndirilməsi istiqamətində də əməli addımlar atılır. Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.

Qalıq yanacaqlardan tədricən günəş, külək, hidro və geotermal enerji kimi bərpa olunan enerji mənbələrinə keçid planetar miqyasda tükənməkdə olan yanacaqlara əsaslanan enerjini əvəz etməklə, qlobal   enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Ölkəmizin COP29 zamanı dünyaya verdiyi mesajlar da bundan ibarət idi. “Yaşıl enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Bərpaolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ-hüquqi aktlar qəbul edilir ki, onların sırasında “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm yer tutur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “BP” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb və müvafiq tədbirlər həyata keçirilir".

Pərvanə Vəliyeva onu da qeyd edib ki, bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarları ilə imzalanmış müqavilələr ölkəmizi 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək:

"Nəticədə daxildə elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldiləcək. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurulmuşdur. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq.

Cənab Prezident Məşvərət Şurasının iclasında ölkəmizin təbii qazın ixracında da əhəmiyyətli layihələr icra etdiyi və Pan-Avropa qaz təchizatçısına çevrildiyi barədə də məlumat verdi. Ötən il Bakıda keçirilmiş 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycan təbii qazının alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür və bu onların tələbatının 50%-ni ödəyir. Avropada qaz təchizatımızın coğrafiyasının daha da genişləndirilməsi istiqamətində iş aparılır. Cənub Qaz Dəhlizi 3500 kilometrlik boru kəməri sistemi olaraq bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas təminatçıdır. Cənubi Qafqaz Boru Kəməri, TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi olaraq tam dolu işləyir.

Yekunda deyə bilərəm ki, Azərbaycan Respublikası müxtəlif növdə, həmçinin, əlverişli enerji potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 07 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see337

Sabiq icra başçısının polkovnik oğlu vəfat etdi

20 Avqust 2025 16:24see153

Frenki de Yonqun yeni agenti Deku ilə görüşüb

20 Avqust 2025 17:20see150

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see128

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see127

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see122

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see121

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see119

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see119

İsrail ilin sonuna qədər döyüşəcək VİDEO

20 Avqust 2025 15:16see116

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see116

İS.M.M MMC yə daha bir iri məbləğli sifariş

20 Avqust 2025 18:51see115

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see115

İndi istedadlı gənclər xaricdə oxumağa üstünlük verir

20 Avqust 2025 08:52see115

İsti havada artan tərləmə və ağız qoxusunun səbəbləri nədir? Qoxunu hansı qidalarla önləmək olar?

20 Avqust 2025 23:51see115

Ukraynaya “Şahed” hücumu HHM lər işə salındı

21 Avqust 2025 01:24see115

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see114

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see113

“Qalatasaray” onu 8 milyona satdı

21 Avqust 2025 06:16see113

Banka bağlayarkən bunlara diqqət edin Zəhərlənmə riski

20 Avqust 2025 08:56see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri