Icma.az
close
up
RU
Azərbaycanın avtomobil bazarında vəziyyət necədir?

Azərbaycanın avtomobil bazarında vəziyyət necədir?

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) Ölkə.az-a bildirilib ki, ikinci əl avtomobil bazarında kəskin ucuzlaşma müşahidə olunmayıb, qiymətlər əsasən sabitləşmə meyli göstərib.

AQP-nin hesablamalarına görə, avqust ayında bazarda avtomobillərin median təklif qiyməti 16800 manat, orta təklif qiyməti isə 23108 manat olub. Təklif olunan avtomobillərin median buraxılış ili 2011-ci il, median yürüşü isə 203 min kilometr təşkil edib.

Ümumi elan strukturunu nəzərə alan dəyişən struktur AQP avtomobil indeksi avqust ayında 97.1 səviyyəsində formalaşıb. Dekabr, 2025-ci ilin 100 baza səviyyəsi kimi qəbul edildiyi indeks iyulda 98.3 olub. Beləliklə, indeks üzrə aylıq azalma 1.2 faiz təşkil edib.

AQP hesab edir ki, bazardakı qiymət dəyişikliyini yalnız median təklif qiymətinin dinamikası əsasında qiymətləndirmək düzgün deyil. Çünki aylıq bazar strukturunda təqdim olunan avtomobillərin marka, model, yaş, yürüş və digər xüsusiyyətləri dəyişir və bu amil ümumi median göstəriciyə təsir edə bilər.

Avtomobillərin struktur tərkibinin təsiri aradan qaldırılaraq müqayisə edilə bilən modellərin çəkiləri sabit saxlanıldıqda, sabit struktur indeksi iyuldakı 103.1 səviyyəsindən avqustda 102.5-ə enib. Bu hesablamaya əsasən, eyni tip avtomobillər üzrə faktiki aylıq qiymət azalması təxminən 0.6 faiz olub.

Beləliklə, avqustda qeydə alınan 1.2 faizlik ümumi median azalmanın yalnız bir hissəsi avtomobillərin faktiki ucuzlaşması ilə bağlıdır. Azalmanın digər hissəsi bazara çıxarılan avtomobillərin strukturunun dəyişməsi ilə izah olunur. Müqayisə edilə bilən kütləvi modellər üzrə qiymət dinamikası da bazarda genişmiqyaslı ucuzlaşmanın olmadığını göstərir.

AQP avtomobillərin bazar dəyərinin formalaşmasında yaş amilinin xüsusi əhəmiyyət daşıdığını qeyd edir. Palatanın tətbiq etdiyi hedonik qiymət modeli ən aktiv 120 marka-model üzrə 24 013 müşahidəni əhatə edib. Modeldə avtomobilin qiymətinə yaş, yürüş, marka-model, mühərrik həcmi və gücü, transmissiya, ötürücü sistemi, ban növü, texniki vəziyyət, eləcə də avtomobilin yeni və ya işlənmiş olması kimi amillərin təsiri ayrıca qiymətləndirilib. Modelin izahetmə qabiliyyəti R²=0.934 səviyyəsində olub.

Hesablamalar göstərir ki, digər xüsusiyyətlər sabit qaldıqda, avtomobilin yürüşünün hər əlavə 1 000 kilometr artması onun qiymətinə orta hesabla 0.026 faiz azaldıcı təsir göstərir. Median yaşı 15 il olan avtomobil üçün əlavə bir istismar ilinin marjinal qiymət təsiri isə təxminən mənfi 6 faiz qiymətləndirilib.

Transmissiya növü də qiymət fərqinin formalaşmasına təsir edən amillərdəndir. AQP-nin təhlilinə əsasən, mexaniki transmissiyalı avtomobillərdə avtomatik transmissiyalı analoqlarla müqayisədə təxminən 7.8 faizlik bazar diskontu müşahidə olunur. Avtomobil yaşının qiymətə təsiri daha geniş düzəliş təhlilində də özünü göstərib.

2016-2018-ci illərdə istehsal olunmuş avtomobillər baza qrup kimi götürüldükdə, 2011-2015-ci il avtomobillərinin qiymət səviyyəsi təxminən 22.6 faiz, 2006-2010-cu illərdə istehsal olunan avtomobillərin qiymət səviyyəsi isə 43.1 faiz aşağı formalaşıb. 21 il və daha yaşlı avtomobillərdə qiymət fərqi 61.8 faizə qədər yüksəlib.

AQP bildirir ki, bu əmsalların müxtəlif avtomobil sinifləri üzrə mexaniki tətbiqi düzgün yanaşma deyil və qiymət müqayisəsi ilk növbədə eyni marka-model daxilində aparılmalıdır. Avtomobilin qəza tarixçəsi və texniki vəziyyəti də onun bazar dəyərinə əhəmiyyətli təsir göstərir. AQP-nin təhlilində digər parametrlər nəzərə alındıqdan sonra qəza keçirmiş və rənglənmiş avtomobillərdə təxminən 8.1 faizlik mənfi qiymət təsiri müəyyən edilib.

Daha ağır texniki vəziyyəti ifadə edən kateqoriyalarda qiymət fərqinin daha yüksək olması mümkündür. Palata hesab edir ki, avtomobilin bazar qiymətləndirilməsi zamanı yalnız buraxılış ili və yürüş göstəricilərinə əsaslanmaq kifayət deyil. Qəza tarixçəsi, təmirin keyfiyyəti, kuzovun vəziyyəti, transmissiya, komplektasiya və digər texniki xüsusiyyətlər də qiymətin müəyyənləşdirilməsi prosesində kompleks şəkildə nəzərə alınmalıdır.

Avqust ayında bazarda ən çox "Mercedes" markalı avtomobillər təklif olunub. Bu marka üzrə elanların sayı 5 555 olub. "Hyundai" 3 883 elanla ikinci, LADA (VAZ) 3 791 elanla üçüncü, KIA 2 834 elanla dördüncü, "Chevrolet" isə 2 064 elanla beşinci yerdə qərarlaşıb. Kütləvi modellər üzrə qiymət dəyişiklikləri də bazarda kəskin ucuzlaşmanın baş vermədiyini göstərir.

Avqust ayında LADA 2107 modelinin median qiyməti aylıq 1.8 faiz, "Opel Astra" 1.1 faiz, "Hyundai Elantra" 1.9 faiz, "KIA Sorento" isə 0,6 faiz azalıb. "Ford Transit", "Hyundai Sonata" və "Chevrolet Cruze" modellərində median qiymət faktiki olaraq dəyişməyib. "Hyundai Santa Fe" modelində isə 0.4 faizlik artım qeydə alınıb.

AQP-nin qiymətləndirməsinə görə, 2026-cı ilin avqust ayında Azərbaycan avtomobil bazarında qiymətlərin aşağı istiqamətdə zəif korreksiyası davam edib və bazarda genişmiqyaslı ucuzlaşma müşahidə olunmayıb. Palata hesab edir ki, avtomobil bazarındakı real qiymət meylinin müəyyənləşdirilməsi üçün ümumi median göstərici ilə yanaşı, sabit struktur indeksi və hedonik qiymət modelinin nəticələri birlikdə nəzərə alınmalıdır.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indeksləri dövri əsasda açıqlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Sentyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri