Icma.az
close
up
RU
Azərbaycanın axtardığı qumarbaz tapıldı

Azərbaycanın axtardığı qumarbaz tapıldı

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2018-ci ildə erməniəsilli pleboy və qumar oyunçusu Dan Bilzerian həmin dövrdə işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib və orada erməni silahlı qruplaşmalarının təlim poliqonunda müxtəlif növ silahlardan atəş açıb.

Milli.Az Haqqın.az-a istinadən xəbər verir ki, indi o indi də ABŞ Konqresinin Nümayəndələr Palatasına Florida ştatından namizəd olmağı planlaşdırır. Bilzerianın rəqibi hazırkı konqresmen, respublikaçı Randy Finedır.

Bir neçə gün əvvəl "The Jenny Beth Show" proqramında çıxış edən Fine bildirib ki, o, erməninin Konqresə seçilməsinə qarşıdır.

"Biz ermənilərin Konqresdə işləməsini istəmirik", - deyə konqresmen vurğulayıb.

ABŞ-dəki erməni lobbi təşkilatları dərhal Fineyə qarşı kampaniya başladaraq onu "milli ayrı-seçkilikdə" ittiham ediblər.

Bilzerian poker ustası və qalmaqallı həyat tərzi ilə tanınır. O, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın  oğlu Levon Köçəryanla  dostdur. 2018-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfəri zamanı onu məhz Levon müşayiət edib.

Bu qanunsuz səfərlə əlaqədar Azərbaycan Baş Prokurorluğu Bilzerian barəsində cinayət işi açıb və məhkəmə onun haqqında qiyabi həbs qərarı çıxarıb. Onun beynəlxalq axtarışa verilməsi üçün "İnterpol"a müraciət edilib.

Baş Prokurorluğun məlumatına görə, Bilzerian Ermənistan və işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərlə cinayət əlaqələrində olub, Xankəndi şəhəri və digər işğal olunmuş yaşayış məntəqələrinə müvafiq sənədlər olmadan və dövlət sərhəd-buraxılış məntəqələrindən keçmədən daxil olub. Bununla o, Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" Qanunu və Miqrasiya Məcəlləsini pozub.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Bilzerian işğal olunmuş ərazilərdə qanunsuz əldə edilmiş odlu silahlardan, qumbaraatanlardan, tüfənglərdən və digər silah növlərindən istifadə edib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz silah dövriyyəsi) və 318.2-ci (qanunsuz sərhəd keçidi) maddələri ilə cinayət işi başladıb.

2022-ci ildə Bilzerian "dostunun toyunda iştirak etmək" məqsədilə Ermənistana səfər edib. Onun ölkəyə investisiya yatıracağı ilə bağlı yayılan məlumatlar isə təsdiqini tapmayıb.

Bu ilin 6 aprelində Bilzerian Florida ştatının 6-cı seçki dairəsindən Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb. Onun rəqibi Fine yəhudi əsillidir. Bilzerian isə antisemit çıxışları, o cümlədən ABŞ-nin keçmiş prezidenti Donald Trumpın İran siyasətini tənqid etməsi ilə də tanınır. Bu səbəbdən onun seçkilərdə uğur şansları aşağı qiymətləndirilir və əsas dəstəyin daha çox erməni diaspor təşkilatlarından gəldiyi bildirilir.

Erməni diasporunun hücum kampaniyasına baxmayaraq, konqresmen Randy Fine mövqeyindən geri çəkilməyib və iki gün əvvəl sosial şəbəkə hesabında yazıb: "Ermənilər Konqresdə yer tutmamalıdır - somalililərə də, qvatemalalılara də, hətta  israillilərə də "yox"".

Qeyd edək ki, bir neçə ay əvvəl Randy Fine digər respublikaçı konqresmen Anna Paulina Luna ilə birlikdə Azərbaycana qarşı yönəlmiş "907-ci düzəliş"in ləğvi ilə bağlı qanun layihəsi irəli sürmüşdü. Luna MAGA hərəkatına yaxındır və Donald Trampla sıx əlaqələri ilə tanınır.

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 May 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri