Icma.az
close
up
RU
Azərbaycanın bank sektorunda rəqəmsal keçid

Azərbaycanın bank sektorunda rəqəmsal keçid

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ölkədə əməliyyatların 67,1 faizi nağdsız aparılıb

XXI əsrin maliyyə dünyasında rəqəmsallaşma artıq alternativ deyil, zərurətə çevrilib. İnformasiya texnologiyalarının sürətli inkişafı bank sektorunu da tamamilə dəyişib. Bir vaxtlar uzun növbələrdə gözlənilən, yalnız filiallarda həll olunan bank xidmətləri indi mobil telefon vasitəsilə bir neçə saniyəyə həyata keçirilir. Bu transformasiya isə əsasən rəqəmsal bankçılıq həlləri və “Fintex” şirkətlərinin fəaliyyəti ilə mümkün olub.

Rəqəmsallaşma bank xidmətlərinin müasir texnologiyalar üzərinə köçürülməsini nəzərdə tutur. Elektron imza, mobil bank tətbiqləri, təmassız ödənişlər, QR kod vasitəsilə əməliyyatlar artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Süni intellekt və “big data” analitikası isə banklara müştərilərin davranışlarını daha yaxşı təhlil etməyə, kredit risklərini daha dəqiq qiymətləndirməyə imkan yaradır. Biometrik identifikasiya (üz skanı, barmaq izi və s.) isə həm təhlükəsizliyi artırır, həm də xidmətləri sürətləndirir. Bu prosesin əsas nəticəsi odur ki, bank artıq rəqəmsal platforma rolunu daşıyır. Müştəri istənilən əməliyyatı – ödəniş, kredit müraciəti, depozit yerləşdirməni evindən çıxmadan həyata keçirə bilir.

“Financial Technology” sözlərinin qısaltması olan “Fintex” müxtəlif şirkətlər vasitəsilə bank sektorunda rəqəmsallaşmanı daha da gücləndirən mühüm oyunçulara çevriliblər. Onların iştirakı bir neçə istiqamətdə özünü göstərir. Banklar “Fintex” şirkətləri ilə birləşərək xidmətlərini genişləndirirlər. Məsələn, ödəniş sistemləri və rəqəmsal pulqabılar bu model üzərində qurulur. Digər tərəfdən, bəzi “Fintex”lər isə birbaşa bankların bazarına daxil olur. “Neobanklar” buna nümunədir: “Revolut”, “Monzo” kimi platformalar fiziki filial olmadan, tam bank xidmətləri göstərirlər. “Fintex” şirkətləri banklara blokçeyn, süni intellekt, kibertəhlükəsizlik kimi sahələrdə yeni həllər təqdim edirlər. Beləliklə, “Fintex” həm ənənəvi bankları yeni trendlərə uyğunlaşdırır, həm də müştərilərə seçim imkanlarını artırır.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilovun “Fintex” Assosiasiyası nümayəndələri ilə keçirdiyi son görüş məhz bu trendlərin ətrafında qurulub. Görüşdə 2025-ci ilin ilk yarımilində “Fintex” ekosistemində müşahidə olunan əsas yeniliklər və inkişaf prioritetləri diqqət mərkəzində olub. Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi, “Fintex” şirkətlərinin bu platforma üzərindən innovativ həllərə daha geniş çıxış imkanlarının təmin edilməsi mühüm müzakirə mövzularından biri kimi önə çıxıb. Bununla yanaşı, elektron pul və ödəniş təşkilatlarının fəaliyyətinin beynəlxalq standartlara və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili xüsusi vurğulanıb.

ƏL/TMM (çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) qaydalarına əməl olunması, informasiya təhlükəsizliyi və komplayens risklərinin effektiv idarə edilməsi bu istiqamətdə prioritet məsələ kimi qeyd edilib. Bununla yanaşı, xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi, açıq bankçılıq sahəsində aparılan işlər, virtual aktivlər və onların təminatçılarının fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsinin hazırlanması ətrafında da fikir mübadiləsi aparılıb.

Beləliklə, Mərkəzi Bank və “Fintex” Assosiasiyası arasında keçirilən dialoq həm maliyyə texnologiyalarının inkişafı, həm də bazarda şəffaflıq və dayanıqlılığın təmin olunması baxımından əhəmiyyətli addım hesab olunur.

Bank sektorunda rəqəmsallaşma yeni çağırışlar da yaradır. Ən önəmlisi kibertəhlükəsizlik məsələsidir. Maliyyə əməliyyatlarının rəqəmsal məkana keçməsi haker hücumları, məlumatların oğurlanması kimi riskləri artırır. Digər tərəfdən, müştərilərin maliyyə savadlılığının artırılması, yeni texnologiyaların istifadəsinə adaptasiyası da vacibdir. Rəqəmsallaşma sayəsində maliyyə inklüzivliyi genişlənir. Bank filiallarına çıxışı olmayan vətəndaşlar da mobil telefon vasitəsilə bank xidmətlərindən faydalana bilirlər. Bu isə həm iqtisadiyyata dinamika gətirir, həm də sosial bərabərliyi gücləndirir.

Təsadüfi deyil ki, bütün bu yeniliklər genişlənən iqtisadi sferada Azərbaycanın oynadığı rolda əhəmiyyətini artırır. Məhz bu il iyunun 24–25-də Bakıda “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”nin keçirilməsi qlobal dinamikada ölkəmizin mövqeyini bariz göstərdi. Əldə olunan statistik göstəricilər rəqəmsallaşmanın və “Fintex” şirkətlərinin cəlbinin müsbət sədasıdır. Bu ilin ilk 4 ayında ödəniş kartları ilə ölkədaxili əməliyyatların 67,1 faizi nağdsız formada aparılıb. Bu, ötən illə müqayisədə 5 faiz bəndi artım deməkdir. Nağdsız əməliyyatların həcmi 30 milyard manata çataraq 33,8 faiz yüksəlib. Ölkədəki kartların 81 faizi təmassız ödənişi dəstəkləyir, POS əməliyyatlarının isə 95 faizdən çoxu məhz bu texnologiya ilə gerçəkləşir.

4 ayda elektron ticarət dövriyyəsi 1,4 dəfə artıb. Bu, həm istehlakçı vərdişlərində dəyişiklik, həm də rəqəmsal xidmətlərin geniş istifadəsi ilə bağlıdır. Aprelin sonuna aktivlər 54,6 milyard manat, kredit portfeli isə 28,1 milyard manat olub (14 faiz illik artım). Kreditlərin yarıdan çoxu real sektora yönəlib. Dollarlaşma 15,2 faizə enib ki, bu da milli valyutaya etimadın artdığını göstərir.

Ümumi depozitlər isə 36,7 milyard manata çatıb (3,9 faiz artım). Fiziki şəxslərin əmanətləri 14,5 milyard manat olub (10,1 faiz artım), müddətli əmanətlər isə 23,2 faiz yüksələrək 9,1 milyard manata çatıb. Kapital illik 10,4 faiz artaraq 7 milyard manata yüksəlib. İlk 4 ayda bankların mənfəəti 339,8 milyon manat təşkil edib.

Bank kartlarının sayı 20,7 milyona çatıb (17 faiz artım). Əsas artım təmassız kartların hesabına olub.

Göründüyü kimi, bank sektorunda rəqəmsallaşma və “Fintex” şirkətlərinin iştirakı artıq qlobal maliyyə sisteminin yeni reallığıdır. Azərbaycan da bu tendensiyadan kənarda qalmır. Rəqəmsal transformasiya yalnız bank xidmətlərinin keyfiyyətini artırmır, həm də ölkənin iqtisadi dayanıqlığını gücləndirir. Gələcək illərdə bu sahənin inkişafı ölkəmizdə həm biznes mühitinə, həm də vətəndaşların gündəlik həyatına daha böyük rahatlıq gətirəcək.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri