Azərbaycanın bank sektorunun likvidliyinin örtülmə əmsalları
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
2024-cü ildə Azərbaycanın bank sektorunun likvidliyinin örtülmə əmsalı (LCR) məcmu və xarici valyutada müvafiq olaraq 150 % və 178 % təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik "Maliyyə Sabitliyi Hesabatı"nda bildirilir.
Sənədə əsasən, sektorun likvidlik mövqeyi yeni monetar çərçivə və prudensial alətlərin tətbiqi çərçivəsinə uyğunlaşdırılıb.
Bu il yanvarın 1-nə bank sektoru üzrə gözlənilən cəmi nağd mədaxillər 4,8 milyatd manat, gözlənilən cəmi nağd məxariclər 12,5 milyard manat olmaqla cəmi xalis nağd məxariclər 7,7 milyard manat təşkil edib.
Bank sektorunun yüksək keyfiyyətli likvid aktivləri 12 milyatd manat təşkil etməklə cəmi xalis nağd məxaricləri üstələyir.
Likvidliyin örtülmə əmsalı yüksək keyfiyyətli likvid aktivlərin adekvat səviyyədə saxlanmasını təmin etməklə bankların qısamüddətli likvidlik şoklarına qarşı dayanıqlığını artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 15 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















