Azərbaycanın Baş Prokurorluğu Ermənistanı əməkdaşlığa DƏVƏT ETDİ
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakıda həbsdə olan erməni separatçıların cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda bildirlib.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir”, - məlumatda deyilir.
Seüparatçıların cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 17 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















