Azərbaycanın basketbol millisi İrlandiyaya yola düşüb
Azərbaycanın kişi basketbolçulardan ibarət millisi Dünya Kubokunun ilkin təsnifat mərhələsində növbəti qrup matçını keçirmək üçün bu gün İrlandiyaya yola düşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İrlandiya ilə oyun noyabrın 21-də, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.
![see](https://icma.az/template/assets/see.png)