Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin əsas tərəflərini bir daha nümayiş etdirdi. Artıq dövlət başçısının yerli televiziya kanallarına verdiyi müsahibə, görüşlər ənənəvi xarakter daşıyır. Belə ki, hər ilin əvvəlində ötən ilin yekunları ilə bağlı ətraflı məlumat verir. Dövlət başçısının müsahibəsində Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci ilin tarixi il kimi səciyyələndirilməsi, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədinin imzalanması, Çinlə olan strateji tərəfdaşlığımız və xarici siyasətlə, digər önəmli nailiyyətlə bağli fikirlərin səsləndirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu bir daha göstərmiş oldu. Bağlantıların, nəqliyyat, logistikanın bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıması və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycanın olması diqqətə cəkilib. Əlbəttə ki, bu gün Azərbaycanın dünya dövlətləri ilə iqtisadi, mədəni, siyasi və digər sahələrdə münasibətlərinin sıxlaşması əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəbir daha təsdiq etdi ki, həyata keçirilən bütün islahatların, qəbul olunan qərarların və strateji hədəflərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son yeddi il ərzində 5 sosial islahat paket icra edilib və bu islahatlar 4 milyon vətəndaşı əhatə edib. Yalnız ötən il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha da güclənməsinə xidmət etdi.

Prezident D-8 təşkilatına üzv olmağımızı da çox böyük nailiyyət kimi qiymətləndirib. “Biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın xarici siyasəti üçün 2025-ci ildə uğur gətirən digər hadisə və prosesləri xarakterizə edərkən bildirib. D-8-in dünyada 1,2 milyard əhalisi olan üzv dövlətləri əhatə edən böyük iqtisadi və ticari potensiala malik təsisatdır. Onun fəaliyyətinin əsasında ölkələr arasında iqtisadi-ticari münasibətlərin inkişafı dayanır. Azərbaycan təşkilatın daha da inkişaf etdirilməsinə, gündəlikdə duran məsələlərin həyata keçirilməsinə öz əsaslı töhfəsini verəcək.

D-8 dünyada 1,2 milyard əhalisi olan üzv dövlətləri əhatə edən böyük iqtisadi və ticari potensiala malik təsisatdır. Onun fəaliyyətinin əsasında ölkələr arasında iqtisadi-ticari münasibətlərin inkişafı dayanır. Azərbaycan təşkilatın daha da inkişaf etdirilməsinə, gündəlikdə duran məsələlərin həyata keçirilməsinə öz əsaslı töhfəsini verəcək.

Qeyd edək ki, D-8-in əsas məqsədi üzv ölkələr arasında ticarət əlaqələrini artırmaq, iqtisadi inkişafı təşviq etmək və ortaq problemlərə qarşı kollektiv həll yolları tapmaqdır. Təşkilat həmçinin, dünya iqtisadiyyatında inkişaf edən ölkələrin daha güclü və əhəmiyyətli bir mövqe tutmasına kömək etməyi hədəfləyir.

Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. Dövlət başçısının bildirdiyi kimi “Bu gün artıq 70 min insan orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət köçkün deyil. Otuz iki şəhər və kənddə. Bu il biz orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq.”

İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.

Orxan MƏMMƏDZADƏ

Yeni Azərbaycan Partiyası

Qax rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri