Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Çempionlar Liqasına təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Çempionlar Liqasına təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Çempionlar Liqası matçına təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, referi kişi voleybolçular arasında E qrupunda yer alan “Levski SOFIA” (Bolqarıstan) və “Çaumo VB 52" (Fransa) komandalarının qarşılaşmasında birinci hakim olacaq.

Görüşün ikinci hakimi lixtenşteynli Aleksander Sikanyiçdir.

Qeyd edək ki, Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək oyun bu gün yerli vaxtla saat 20:00-da başlayacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:104
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri