Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənir
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq və regional təhlükəsizlik sahəsində artan rolunun mühüm göstəricisidir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı ölkəmizin sülhə, qarşılıqlı etimada, təhlükəsizliyə və dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi əhəmiyyəti ifadə edən mühüm siyasi hadisə kimi diqqət çəkir. Müasir dünyada beynəlxalq münasibətlərin mürəkkəbləşməsi, münaqişələrin davam etməsi, təhlükəsizlik təhdidlərinin artması və dövlətlər arasında etimadın möhkəmləndirilməsinə yaranan ehtiyac çoxtərəfli əməkdaşlıq platformalarının əhəmiyyətini daha da artırır. AQEM kimi beynəlxalq qurumlar ölkələr arasında siyasi dialoqun inkişaf etdirilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və ortaq problemlərin birgə həlli baxımından mühüm imkanlar yaradır. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfənin göstəricisidir.
Möhrətəm Prezidentin çıxışının əhəmiyyəti, ilk növbədə, Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil siyasət yürütməsi və dövlətlər arasında qarşılıqlı hörmət prinsipini əsas tutması ilə bağlıdır. Azərbaycan müxtəlif ölkələrlə siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Bu yanaşma ölkəmizin beynəlxalq tərəfdaşlıq imkanlarının genişlənməsinə, regional və qlobal məsələlərin müzakirəsində iştirakının güclənməsinə şərait yaradır.
AQEM-in əsas məqsədlərindən biri Asiya məkanında sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsidir. Bu baxımdan dövlətlər arasında etimadın artırılması, fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılması və beynəlxalq hüququn prinsiplərinə hörmət göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasətində də bu prinsiplər mühüm yer tutur. Ölkəmiz beynəlxalq əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı faydalı münasibətlərin qurulmasını və dövlətlərin suverenliyinə hörmət edilməsini vacib hesab edir. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat və logistika imkanları, eləcə də enerji sahəsində həyata keçirdiyi layihələr ölkəmizi Asiya ilə Avropa arasında mühüm tərəfdaşlardan birinə çevirib. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni artırır. Bu imkanlar ölkəmizin beynəlxalq platformalarda əməkdaşlıq təşəbbüslərinin daha geniş miqyasda həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. AQEM-in Bakıda keçirilən zirvə görüşü Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı təcrübəni də nümayiş etdirir. Ölkəmizin müxtəlif dövlətlərin nümayəndələrini bir araya gətirməsi siyasi dialoqun inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Belə tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və qlobal proseslərdə fəal iştirakının davam etdirilməsinə mühüm töhfə verir.
Nəticə etibarilə,ölkə başcısı cənab İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın sülh, təhlükəsizlik, qarşılıqlı etimad və beynəlxalq əməkdaşlıq prinsiplərinə əsaslanan xarici siyasətinin əhəmiyyətini ön plana çıxarır. Azərbaycanda keçirilən bu mötəbər tədbir ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni nümayiş etdirməklə yanaşı, Asiya dövlətləri ilə əlaqələrin daha da inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın gələcəkdə də regional sabitliyin möhkəmləndirilməsi və dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal rol oynayacağı gözlənilir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 21 Oktyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















