Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir

Azərbaycanın beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən on gündə baş verən hadisələrə nəzər yetirsək, Azərbaycanın siyasi salnaməsində Prezident İlham Əliyev diplomatiyasının miqyasını göstərən dövrü bir daha görə bilərik. Ölkə başçısı təqribi 10 gün ərzində dörd fərqli məkanda — Avropanın qəlbi Kopenhagendə, ölkəmizin gözəl diyarlarından biri olan Qəbələdə, Mərkəzi Asiyanın strateji nöqtəsi Düşənbədə keçirilən sammitlərdəvə son on gündə Azərbaycanın keçdiyi üç strateji mərhələnin məntiqi davamı olaraqŞarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etdi.Dövlətimizin başçısının səfərləri coğrafi xəritədə bir-birindən minlərlə kilometr uzaqda olsa da, mahiyyət etibarilə eyni strateji xəttin, Azərbaycanın çoxşaxəli diplomatiyasının və qlobal mövqeyinin güclənməsinin davamı idi.

Azərbaycanın xarici siyasət strategiyası qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına istiqamətlənib. Ölkəmiz beynəlxalq təşkilatlar və regional ittifaqlarla əməkdaşlıqda hüquqi çərçivəyə və qarşılıqlı maraqlara söykənən əlaqələrin inkişafını prioritet hesab edir. Bu kontekstdə Azərbaycan öz milli maraqları çərçivəsində Müstəqil Dövlətlər Birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə mühüm əhəmiyyət verir. Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfəri və keçirdiyi bir sıra yüksək səviyyəli görüşlər olduqca əhəmiyyətli keçdi. Regional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraqların müzakirəsi baxımından bu səfər Azərbaycan-Tacikistan, eləcə də MDB ölkələri arasında münasibətlərin inkişafı üçün mühüm addım kimi yadda qaldı.

Tacikistanın paytaxtında keçirilən Düşənbə sammiti isə diplomatik marafonun Mərkəzi Asiya həlqəsini tamamladı. Burada Prezident Əliyev Mərkəzi Asiya liderləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda mühüm görüşlər keçirdi. Ölkə başçısının MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı da bir sıra əhəmiyyətli mesajlarla yadda qaldı. Prezident çıxışı zamanı Tacikistan ilə ikitərəfli münasibətlərin yüksələn xəttlə inkişafını qeyd etdi, əlaqələrin dostluq və qarşılıqlı dəstəyə əsaslandığını vurğuladı. Ümumiyyətlə, ölkəmiz tarixi-mədəni bağlılıqla yanaşı, strateji enerji və nəqliyyat körpüsü funksiyasına görə Mərkəzi Asiya regionunda etibarlı tərəfdaş kimi qəbul olunur. Xəzərdən başlayıb Çin sərhədlərinə qədər uzanan yeni logistik xəttlərdə rəsmi Bakının iştirakı Düşənbə danışıqlarında bir daha təsdiqləndi.

Rusiya prezidentinin Düşənbədə səsləndirdiyi fikirlər bir dövlətin digərinin mövqeyinə verdiyi sadə diplomatik reaksiya deyil, Azərbaycanın prinsipial mövqeyinin və siyasi çəkisinin təsdiqi kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti 200 illik tariximizdə dövlət və millət adına daha bir qürur anına imza atdı. Məsələ, Rusiya ilə münasibətlərin yoluna qoyulmasında deyil. Arxada qalan aylar onu göstərdi ki, Azərbaycan istənilən dövlətə qarşı öz haqlı mövqeyindən geri çəkilməmək gücündə və qətiyyətindədir. Amma 200 illik tariximizdə Rusiyanın inadından çəkilərək Azərbaycan liderinin və onun simasında xalqımızın iradəsini qəbul etməsi gerçəkdən tariximizin qürur nöqtəsidir.

Dövlətimizin başçısının Tacikistan səfəri olduqca önəmli siyasi və strateji əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin Düşənbədəki çıxışı və görüşləri Azərbaycanın regional əməkdaşlıqda fəal rolunu bir daha nümayiş etdirdi. Bu səfər MDB məkanında Azərbaycanın mövqeyinin güclənməsi baxımından mühüm siyasi addım kimi yadda qaldı.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri