Azərbaycanın BMT dəki nümayəndəsi: Minalar köçkünlərin qayıdışına və bərpa işlərinə ciddi maneədir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
“Mina təhdidi köçkünlərin yurdlarına qayıtması və bərpa işlərinə mane olur”.
APA xəbər verir ki, bu sözləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev təşkilatın illik plenar iclasındakı çıxışında deyib.
Diplomat minaların hətta tarixi və mədəniyyət abidələri sayılan yerlərdə, o cümlədən qəbristanlıqlarda basdırıldığını qeyd edib. O, soyqırımın qarşısının alınması, müharibə cinayətləri, etnik təmizləmə və insanlığa qarşı cinayətlər və bu kimi mövzulara da toxunub.
Tofiq Musayev vurğulayıb ki, adıçəkilən cinayətlərə görə məsuliyyətdən yayınmaq qaçılmaz olmalıdır. Çünki, müxtəlif siyasi vasitələrlə ədaləti gözdən salmaq və ona mane olmaq beynəlxalq hüquq və qanunun üstünlüyünə hörmətsizlikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 İyul 2025 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















