Icma.az
close
up
RU
Azərbaycanın bölgədəki yeganə etibarlı müttəfiqi Türkiyədir Vahid Əhmədov

Azərbaycanın bölgədəki yeganə etibarlı müttəfiqi Türkiyədir Vahid Əhmədov

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz üçün, həm də daha geniş coğrafiya üçün, xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat xəttinin çox böyük mənası var, çox böyük faydası var. Təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir". Bu fikirləri Prezident İlham Əliyev ötən gün Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində çıxışı zamanı deyib.

Sözügedən dəmir yolunun üstünlükləri barədə Redaktor.az-a danışan iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov bildirdi ki, bu, strateji əhəmiyyət daşıyan bir layihədir.

"Azərbaycan Prezidenti Ankarada rəsmi səfərdə olub. Səfərin əsas məqsədi İqdır-Naxçıvan qaz kəmərinin çəkilişi ilə bağlı məsələləri müzakirə etməkdir. Bu, strateji əhəmiyyət daşıyan bir layihədir. Çünki indiyədək Naxçıvanın qaz təminatı əsasən İran vasitəsilə həyata keçirilirdi. Lakin İranda baş verən ciddi proseslər gələcəkdə bu təchizatda problemlər yarada bilərdi. Alternativ variant kimi Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsi bölgə üçün böyük əhəmiyyət kəsb edir.

Cənab Prezident çıxışında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə də toxunub. Bu dəmir yolu Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirib. Layihənin istifadəyə verilməsi ölkənin nəqliyyat və logistika imkanlarını genişləndirərək beynəlxalq ticarətə töhfə verir".

İqtisadçı alim qeyd etdi ki, son illərdə Azərbaycan və Türkiyə münasibətləri getdikcə güclənir.

"İki ölkə arasında həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlıq genişlənir. Ticarət dövriyyəsinin artması da bu inkişafın bariz nümunəsidir. Qlobal siyasətdəki mürəkkəb və təzadlı proseslər fonunda Azərbaycan və Türkiyənin yüksək səviyyədə münasibətlərə malik olması mühüm əhəmiyyət daşıyır. Prezidentlərin dostluq və əməkdaşlıq münasibətləri ölkələrimiz üçün vacibdir. İmzalanan bəyannamələr və dövlətlərin bir-birinin təhlükəsizliyinə qarantiya verməsi strateji baxımdan önəmlidir.

Azərbaycanın bölgədəki yeganə etibarlı müttəfiqi Türkiyədir. Buna görə də Azərbaycan-Türkiyə münasibətlərinin daim inkişaf etdirilməsi vacibdir. Hər bir Azərbaycan vətəndaşı bu inkişafa öz töhfəsini verməlidir. Bu əməkdaşlığın daha da möhkəmlənməsi arzusu ilə Azərbaycan və Türkiyə dövlət başçılarına uğurlar diləyirəm", - deyə Vahid Əhmədov bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Mart 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri