Icma.az
close
up
RU
Azərbaycanın bolşeviklər tərəfindən güllələnən İLK NAZİRİ

Azərbaycanın bolşeviklər tərəfindən güllələnən İLK NAZİRİ

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cümhuriyət”-in  "Azərbaycanlı olmayan azərbaycanlılar" rubrikasında bu dəfə Azərbaycan Demokratik Cümhuriyyətinin ərzaq naziri olmuş Konstantin Lizqardan danışılıb.

 O, Slavyan-Rus Cəmiyyətinin rəhbəri və “vahid, bölünməz Rusiya” ideyasının qatı tərəfdarlarından biridir.

İroniyalı görünə bilər: Cümhuriyyətin naziri əslində Azərbaycanı birləşdirmək deyil, onu böyük bir imperiyanın ayrılmaz parçası kimi görmək istəyir. Amma tarixin gözəlliyi elə bundadır, o, bizə sadə cavablar vermir. 

Lizqar təkcə nazir olmayıb. O, həm də Bakı küçələrində dolanmış, ehtiyac içində yaşayan bir keçmiş zabit, neft milyonçusunun qeyri-qanuni oğlu, öz əqidəsinə sadiq qalan , Azərbaycanın bolşeviklər tərəfindən güllələnən ilk naziri olub. Bəlkə də bu rubrika "Azərbaycanlı olmadan azərbaycanlı olmaq mümkündürmü?" sualının cavabını axtarır. Konstantin Lizqarın həyat hekayəsi bu suala həm "bəli", həm də "xeyr" cavabını verir.

Sual çoxdur: Kim idi bu adam? Kimin adamı idi? Azərbaycan hökumətində vəzifəyə necə gətirildi? Nə üçün ilk güllələnən nazir məhz o oldu? 

Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə doğulub, 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olub. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunaraq. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət edir.

Konstantin Lizqarın Azərbaycan Xalq Cümhuriyyəti ilə əməkdaşlığı 1918-ci ilin əvvəllərindən başlayır. 1918-ci ildə Cənubi Qafqazda siyasi hadisələr sürətlənir. General Tomsonun başçılıq etdiyi ingilis hərbi qüvvələri Bakıya daxil olduqdan sonra Azərbaycan hökumətindən “koalisyon hökumət”in yaradılmasını tələb edir. Həmin dövrdə Azərbaycanda təxminən 300 min rus və 300 minə yaxın erməni yaşayırdı. Bu iki icma, əvvəlcə Milli Şuranın çağırışı ilə formalaşdırılmış Parlamentdə təmsil olunmaqdan imtina edirlər. Tomson Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə yazdığı məktubda parlamentin yalnız koalisyon hökumət qurulduqdan sonra toplaşa biləcəyini bildirir.

Xoyski isə parlamentin legitimliyinə və xalq tərəfindən seçilmiş nümayəndələrin iradəsinə əsaslanan hökumət qurulmalı olduğunu müdafiə edir. O, sonda bu mövqeyi ilə Tomsonu razı sala bilir.

Tomson hökumətin tərkibində beş azərbaycanlı və beş qeyri-müsəlman (üç rus, iki erməni) nümayəndəsinin olmasını istəyir. Lakin Xoyski bu bölgünü yeddi azərbaycanlı, üç erməni və iki rus, yaxud səkkiz azərbaycanlı, üç rus və üç erməni formasında təklif edir. Tomson sonuncu variantla razılaşır. O, eyni zamanda bildir ki, əgər belə koalisiya qurularsa, rus və erməni icmalarını parlamentdə iştiraka məcbur edəcək.

Bu fonda Bakıdakı rus icmasının əsas təşkilatlarından biri – Bakı Rus Milli Şurası Parlamentə qatılmaqdan imtina etdiyindən, hökumət alternativ olaraq Slavyan-Rus Cəmiyyəti ilə danışıqlara başlayır. 

Hökumət adamı oldu

Cəmiyyətin sədri Konstantin Lizqarın hökumətdə təmsil olunması təklif edilir. Beləliklə, Lizqar F. X. Xoyskinin 26 dekabr 1918 – 14 mart 1919 tarixlərini əhatə edən üçüncü hökumət kabinetində ərzaq naziri vəzifəsinə gətirilir.

Hökumət daxilində onun adı tanınmasa da, eləcə də ali təhsilə malik olmaması müəyyən narahatlıq yaratsa da, Slavyan-Rus Cəmiyyətinin sədri kimi mövqeyi ona bu imkanı qazandırdı. 1918-ci ilin martında Tiflisdə yaradılan bu Cəmiyyət elə həmin ilin 14 martında Tiflis Dairə Məhkəməsi tərəfindən qeydiyyata alınır.

Slavyan-Rus Cəmiyyətinin Təşkili və Fəaliyyəti

Cəmiyyətin ilk ümumi yığıncağında sədr vəzifəsinə K. Lizqar, katib vəzifəsinə isə M. Kozlov seçilir. Cəmiyyətin nizamnaməsində onun fəaliyyət istiqamətlərini müəyyən edən bir sıra maddələr öz əksini tapır: Nizamnamədə göstərilirdi ki, cəmiyyət uşaq bağçaları, kitabxanalar, oxu zalları, yetimxanalar, kilsələr, müalicə müəssisələri, klublar açmaq, mətbuat orqanları yaratmaq və mətbəə işlərini təşkil etmək hüququna malikdir.

Əslində, Slavyan-Rus Cəmiyyətinin əsas hədəflərindən biri də vahid və bölünməz Rusiya uğrunda mübarizə aparmaq idi. Denikin və Antanta qüvvələrinin gizli dəstəyi ilə yaradılan və fəaliyyətini də bu dayaqlara əsaslandıran Cəmiyyətin əsas məqsədi, bolşeviklərin keçmiş milli ucqarlarda ideyalarını yayaraq hakimiyyəti ələ keçirmə planlarının qarşısını almaq idi. Bu məqsədlə cəmiyyət slavyan və rus mənşəli şəxsləri öz ətrafında birləşdirməyə çalışır, onları Çar Rusiyasının istənilən formada bərpasına xidmət edən vahid güc mərkəzinə çevirməyə səy göstərirdi.

Təsadüfi deyil ki, Cəmiyyətin sıralarında cəmiyyətin müxtəlif təbəqələrindən olan nümayəndələr, o cümlədən onlarla yüksək rütbəli zabit və bir neçə general da yer almışdı. 1918-ci ilin aprelində Nəsib bəy Yusifbəylinin Zaqafqaziya Xalq Maarif Komissarı təyin olunmasından sonra, Slavyan-Rus Cəmiyyəti Tiflisdə orta tədris məktəbləri açmaq imkanı əldə edir. Əvvəllər bu işə qarşı çıxan gürcü hökuməti isə fakt qarşısında qalaraq bu fəaliyyətlə barışmağa məcbur olur.

1919-cu il aprelin 12-də Zaqafqaziyada fəaliyyətini gücləndirən K. Lizqar daxili işlər nazirinə məktub göndərir. Bu dövrdə cəmiyyətin üzvlərinin sayı artıq 40 min nəfərə çatmışdı.  Beləliklə, Slavyan-Rus Cəmiyyəti beş nümayəndəsinin Azərbaycan Parlamentində təmsilçiliyinə razılıq verir. Onlar aşağıdakılardır:

1. Mixail Nikolayeviç Vinoqradov – mühəndis
2. Viktor Viktoroviç Klenevski – hüquq elmləri namizədi
3. Vladimir Konstantinoviç Olonqren – albay
4. Vasiliya Kravçenko – ruhanilik üzrə magistr
5. Sergey Mixayloviç Mixaylov – təbiət elmləri namizəd

Slavyan-Rus Cəmiyyətinin nümayəndələri Azərbaycan Parlamentində iştirak etsələr də, təşkilat öz “vahid və bölünməz Rusiya” mövqeyindən çıxış edir. Bu mövqe cəmiyyətin sədri K. Lizqarın 1918-ci il 7 dekabr tarixində Müttəfiq Qoşunların komandanına ünvanladığı 315 saylı məktubda da açıq şəkildə ifadə olunur. Məktubda Cəmiyyətin parlamentə nümayəndə göndərməsinə baxmayaraq, əsas məqsədinin Rusiya dövlətçiliyinin bütövlüyünü qorumaq olduğu vurğulanır.

K. Lizqar Slavyan-Rus Cəmiyyətinə rəhbərlik etməzdən əvvəl, Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin sərəncamında çalışıb.  1917-ci il avqustun 22-də ona verilmiş  vəsiqədə yazılırdı:

“Bu vəsiqə Zaqafqaziya Xüsusi Komitəsinin sərəncamında olan poruçik (baş leytenant) Lizqara verilir. O, Göyçay İcraiyyə Komitəsinin və komissar Süleymanovun hərəkətlərini araşdırmaq üçün Bakı quberniyasına ezam edilir. Bütün vəzifəli şəxslər, müəssisə və idarələr göndərilən şəxsə qanuni köməklik göstərməlidirlər”.

Sənədi Zaqafqaziya Xüsusi Komitəsinin üzvü M. Y. Cəfərov imzalamışdı. 

Himayədarı Xosrov bəy Sultanov idi

seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see212

Bu ölkələr İsrailə görə Avroviziyadan imtina edəcək

12 Sentyabr 2025 18:39see191

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see183

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see146

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see141

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see140

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see138

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see135

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see130

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see127

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see126

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see125

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see124

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see124

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see122

Ekspert: Aİ və NATO da heç kim Ukraynaya qoşun göndərməyə hazır deyil

13 Sentyabr 2025 08:37see120

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see119

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see119

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see118

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri