Icma.az
close
up
RU
Azərbaycanın bu bölgələrində zəlzələ gözlənilir Təcili plan hazırlayın!

Azərbaycanın bu bölgələrində zəlzələ gözlənilir Təcili plan hazırlayın!

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ Azərbaycanda da narahatlıqla qarşılanıb. Xüsusilə bir neçə gündür, afterşokların davam etməsi bəzi insanlarda müəyyən qorxuların yaranmasına səbəb olub. Bildirilir ki, ölkəmiz də seysmik aktiv zonada yerləşir və hər şeyə hazırlıqlı olmaq lazımdır.

Azərbaycan üçün hər hansı təhlükə varmı?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Türkiyədə ciddi tələfat xəbərləri az olsa da, afterşokların davam etməsi ehtiyatlı olmağı vacib edir:

“Azərbaycanın müəyyən bölgələrində zəlzələ riski var. Amma bunu adi nəzəriyyə ilə proqnozlaşdırmaq çətindir. Sesmoloji Xidmət Mərkəzinin məlumatlarına etibar etməliyik. Ümumiyyətlə, Bakıda və Abşeron yarımadasında seysmik risk nisbətən aşağı olsa da, tam sıfır da deyil. Paytaxtdakı bəzi köhnə tikililər – əsasən,  1980-ci ildən əvvəl tikilmiş binalar üçün zəlzələ riski nəzərə alınmalıdır.  Zaqatala, Balakən, Qax Azərbaycanın ən yüksək seysmik aktiv bölgələridir. Şəki, Oğuz, İsmayıllı və ətraf ərazilərdə də zəlzələ riski var. Qərb bölgəsində də – Gəncə, Şəmkir, Tovuzda müəyyən seysmik aktivlik mövcuddur”.

Cəmşid Bəxtiyar

Ekoloq bildirib ki, seysmik aktivlik sıralamasında növbəti yeri cənub bölgələrimiz tutur:

“Şirvan və Salyan ətrafı isə nisbətən orta riskli zonalardır. Qarabağ bölgəsi və Şərqi Zəngəzurun bəzi hissələri – əsasən, Kəlbəcər və Laçın tərəfləri seysmik baxımdan aktiv ərazidədir. Panikaya heç bir əsas olmasa da, insanları tam arxayınlaşdırmaq üçün də səbəb və dəlillər yoxdur. Yaxşı olar ki, hər kəs evində təcili vəziyyət planı hazırlasın. Hər hansı zəlzələ baş verərsə, bu plan üzrə hərəkət etsin. Hər ehtimala qarşı, evdə təhlükəsiz yerləri müəyyənləşdirmək, məsələn, möhkəm stol altı, daşıyıcı divarlara yaxın yerləri təyin etmək lazımdır. İnsanların öz fövqəladə çantası (su, yemək, dərman, fənər və sair) olmalıdır”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Aprel 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri