Azərbaycanın bu dövlət qurumu bağlanır?
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bağlanacağı barədə xəbələr yayılıb.
Maliyyə Nazirliyinin bu qurumu maliyyələşdirməkdən imtina edəcəyi iddia olunur. Məlumata görə, hökumət mərkəzin fəaliyyətindən razı deyil.
“Yeni Sabah” məsələ ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sorğu verib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova əvvəl deyib ki, rəhbərliklə danışıb sualı cavablandıracaq. Bir qədər sonra isə bildirib ki, sorğuya cavab verməyəcəklər.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında, aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqəsdi ilə yaradılıb.
Mərkəzin bağlanacağı barədə informasiyanı “Günün səsi” yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 28 Noyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















