Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda, eləcə də regionlardakı küçə və prospektlərdə sərnişinlərin ictimai nəqliyyatı rahat gözləmələrini təmin etmək məqsədilə yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması üzrə tender müsabiqəsi elan edib.
Bakıvaxtı.az-ın məlumatına görə, agentlik nəzərdə tutulan işlərin icrası müqabilində ümumilikdə 3 milyon 654 min 73 manat vəsaitin ödənilməsini planlaşdırır.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində aşağıdakı bölgü üzrə işlərin görülməsi nəzərdə tutulur:
- Bakı şəhəri və Xızı-Abşeron iqtisadi rayonu ərazisində 142
- Gəncə-Daşkəsən və Qazax zonası üzrə 10
- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 8
- Quba-Xaçmaz və Dağlıq Şirvan bölgəsində 22
- Şəki-Zaqatala regionu ərazisində 10
- Lənkəran-Astara zonası üzrə 11
- Naxçıvan Muxtar Respublikası ərazisində 80
- Şirvan-Salyan və Mil-Muğan ərazilərində 6
- Mərkəzi Aran rayonları ərazisində isə 11 yeni dayanacağın yaradılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 13 Fevral 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















