Icma.az
close
up
RU
Azərbaycanın cavab tədbirləri tam qanuni və adekvat xarakter daşıyır

Azərbaycanın cavab tədbirləri tam qanuni və adekvat xarakter daşıyır

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Yekaterinburq hadisələrinin (iyunun 27-də orada güc strukturları tərəfindən azərbaycanlılara qarşı törədilən basqın və zorakılıqların) ardınca baş verən proseslər bir daha Rusiyanın gerçək simasını ortaya qoyur. 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması, səfirimizə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilməsi" və “Sputnik-Azərbaycan”ın ofisində "jurnalist" adı altında fəaliyyət göstərən FTX agentlərinin "dərhal azad edilməsi tələbi ilə" səfirə şifahi nota təqdim edilməsi kimi faktlar fikrimizi təsdiq edir.
Eləcə də Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun "İnterfaks" agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı subyektiv, qərəzli şərhlər verməsi və onun Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması da Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran hərəkətlərdir. Bu onu göstərir ki, Rusiya rəsmiləri artıq tamamilə reallıq hissini itirməkdədirlər. Onlar "FSB" və "OMON"un Yekaterinburqda azərbaycanlılara qarşı yol verdiyi vəhşiliyin nəticələrini ədalətlə qiymətləndirmək əvəzinə, Azərbaycana qarşı növbəti səhvlərə yol verilməsini davam etdirirlər.
Azərbaycanın cavab tədbirləri isə tam qanuni və adekvat xarakter daşıyır. Rusiyadakı fövqəladə və səlahiyyətli səfirimiz Rəhman Mustafayevin bu gün Rusiya Xarici İşlər Nazirliyində görüş zamanı ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notasını qarşı tərəfə təqdim etməsi və eləcə də Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi də Rusiya tərəfinin layiq olduğu cavablardır. Həmçinin, "Sputnik" əməkdaşlarının saxlanılması ilə bağlı Rusiya tərəfinin narazılığının heç bir hüquqi əsası yoxdur. Bütün bu addımlar Azərbaycan dövlətinin suveren hüquqları çərçivəsində atılır. Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışa bilməz. Moskvanın buna haqqı yoxdur. Biz dövlətimizin cavab addımlarını birmənalı olaraq dəstəkləyirik. Rusiya özünü normal dövlət və müttəfiq kimi aparmağı öyrənməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 İyul 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see266

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see227

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see201

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see197

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see179

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see168

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see166

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see145

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri