Icma.az
close
up
RU
Azərbaycanın COP29 uğuru Londonda mükafatlandırılıb

Azərbaycanın COP29 uğuru Londonda mükafatlandırılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

London, 23 aprel, AZƏRTAC

Londonda nəşr olunan “Diplomat” jurnalı tərəfindən təşkil olunan illik mükafatlandırma mərasimində Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov iqlim diplomatiyasına töhfəyə görə kateqoriyası üzrə “İlin diplomatı” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir E. Süleymanov bu mükafatın ilk növbədə Azərbaycanın iqlim gündəliyinə töhfəsi və dayanıqlı inkişafa sadiqliyinin qiymətləndirilməsi olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqlim fəaliyyətinə baxışının məntiqi nəticəsi olaraq Azərbaycan ötən il COP29-a ev sahibliyi edib.

Səfir Süleymanov bu mükafatın, həmçinin COP29 Sədrliyi komandasının zəhmətinin dəyərləndirilməsi olduğunu söyləyərək Londondakı diplomatik korpusa təşəkkür edib.

İqlim dəyişikliyinin əsas qlobal çağırışlardan biri olduğunu vurğulayan səfir Süleymanov ötən il COP29-a uğurla ev sahibliyi edən Azərbaycanın COP29-un sədri kimi bu istiqamətdə səyləri davam etdirdiyini və mövzunu beynəlxalq ictimaiyyətin diqqətində saxlamağa davam edəcəyini diqqətə çatdırıb.

Diplomat il ərzində iqlim gündəliyi üzrə səmərəli və konstruktiv əməkdaşlığa görə Londondakı diplomatik korpusa minnətdarlıq edib. Səfir, həmçinin Britaniya tərəfinə mövzu üzrə əməkdaşlığa görə təşəkkür edib.

Qeyd edək ki, Londondakı diplomatik təqvimin əsas tədbirlərindən olan bu mükafatlandırma mərasimi hər il müxtəlif kateqoriyalar üzrə fəaliyyətləri ilə ən çox seçilən diplomatlara təqdim edilir. Artıq 15 ildir keçirilən mükafatlandırma mərasimində Britaniyada akkreditə olunan səfirlər və diplomatik korpus nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyinin Protokol departamentinin direktoru və əməkdaşları, diplomatik korpusun marşalı, tanınmış dövlət xadimləri, iş adamları və media nümayəndələri olmaqla 200-dək qonaq iştirak edir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri