Icma.az
close
up
RU

Azərbaycanın COP29 zəfəri Rəsmi Bakı qlobal iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfə verdi TƏHLİL

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bakıda noyabrın 11-dən öz işinə başlayan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini yekunlaşdırıb. Dünyanın əsas iqlim sammiti yeni başa çatsa da, əldə olunmuş nəticələr böyük uğur hesab olunmalıdır.

COP29-un əsas uğuru yekun plenar iclasda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək azı 300 milyard ABŞ dollarına çatdırılması öhdəliyi götürməsi ilə bağlıdır. Eyni zamanda Bakı Maliyyə Məqsədi (BMG) adını alan bu qərarda Tərəflərin hamısına 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən iqlimlə bağlı fəaliyyət üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə dəvət yer alıb.

Beləliklə, Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə qlobal iqlim maliyyələşməsinin öncəki öhdəlikdən 3 qat artıq artırılmasına nail olunub. Paralel olaraq, COP29-un uğurları sırasında kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması və vəd edilən ümumi maliyyə dəstəyi məbləğinin 731,15 milyon ABŞ dollarına çatması ilə bağlı qərar da var.

Bu razılaşmalar qlobal temperaturun 1,5 dərəcədən çox artmasını önləməklə bağlı Paris Sazişinin icrasına da ciddi dəstəkdir.

Məhz ona görə COP29-un nəticələri qlobal iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin böyük sevincinə səbəb olub, yekun sazişin təsdiq olunması alqışlarla qarşılanıb.

COP29-un uğuru, iqlim maliyyələşməsi ilə bağlı daha ambisiyalı və ciddi öhdəlikləri qəbul etdiyi beynəlxalq birlik tərəfindən də qəbul olunur.

Məsələn, BMT Baş katibi Antoniu Quttereş COP29-da əldə olunmuş razılaşmanın iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyduğunu, gələcək inkişaf üçün əsas yaratdığını bildirib.

BMT İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still isə COP29-da karbon bazarları üzrə qlobal razılaşmaya nail olunmasına diqqət çəkib, bu sahədə onilliklər boyu davam edən, bir neçə əvvəlki COP-un bunu əldə edə bilmədiyi nailiyyətin Bakıda qazanılmasının önəmini vurğulayıb.

Bir sözlə, Azərbaycan ev sahibi ölkə kimi qlobal iqlim dəyişikliyinə ən çox cavabdehlik daşıyan, atmosferə ən çox karbon tullantıları atan inkişaf etmiş ölkələrin bu fəaliyyətdən ən çox ekoloji zərər görən ölkələrə maliyyə yardımı göstərməsinə, Paris Sazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinin bütün ziddiyyətləri aradan qaldıraraq tam işləməsinə zəmin yaratdı.

Azərbaycan Yer kürəsində orta temperaturun artmaması, qlobal iqlim dəyişikliyinin geriyə dönüşü olmayan prosesə çevrilməsini önləmək, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə maliyyə dəstəyinin göstərilməsi və yaşıl enerjiyə keçid üçün bütün iştirakçıların öhdəlik götürməsi naminə ciddi iradə ortaya qoydu, zəngin gündəm, konkret hədəflərlə iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə çox böyük töhfə verdi.

Təəssüfləndirici məqam iqlim dəyişikliklərinə görə ən çox məsuliyyət daşıyan, üzərinə maliyyə öhdəlikləri götürməkdən maksimum qaçan Qərb ölkələrinin sərgilədiyi münasibətdir. Belə ki, Avropa İttifaqı və ABŞ istər COP29-dan öncə, istərsə də sonra ev sahibi Azərbaycana qarşı öz media orqanları və ayrı-ayrı siyasi xadimləri vasitəsilə çirkli kampaniya başlatdı. Gündəmi iqlim məsələlərindən siyasi məqamlara yönəltməyə, COP29 gündəliyini insan hüquqları və siyasi proseslərə bağlı manipulyasiya meydanına çevirməyə cəhd göstərildi.

Bu özünü Almaniya xarici işlər Annalena Berbokun sammit çərçivəsində Bakıya səfərində də göstərdi. Konfransa qatılan ən yüksək ranqlı Qərb siyasətçilərindən biri olan Berbok əsrlər boyu atmosferi çirkləndirən iri sənayesi olan Almaniyanın bu sahədə qlobal məsuliyyətindən və inkişaf etməmiş ölkələrə bu fəaliyyətin doğurduğu fəsadlarla bağlı dəstəkdən çox Azərbaycanda insan haqlarının vəziyyəti və s. barədə danışmaqla, COP29-un gündəliyinə zidd qeyri-konstruktiv fəaliyyət göstərməklə yadda qaldı.

Bir çox Qərb siyasətçiləri isə bəşəriyyətin aqibətinə laqeyd münasibətlərini, maddiyatı qlobal iqlim dəyişmələrinin fəsadlarından üstün tutduqlarını göstərdi. Belə Qərb siyasətçiləri arasında Fransa Prezidenti Emmanuel Makronu, Avropa Komissiyasının prezidenti Ursula von der Leyeni misal çəkmək olar.

Avropa İttifaqı, Ursula von der Leyen və onların təmsil olunduğu siyasi cəbhə yeni maliyyə hədəflərinin müəyyənləşməsinə əngəl olmaq, məsuliyyətdən boyun qaçıraraq iqlim maliyyəsi fondlarına daha az vəsait ayırmaq niyyətini açıq nümayiş etdirdilər. COP29 fərqli səbəblərlə gəlməkdən imtina etmələri də məhz bunun göstəricisi idi. Bu istər Avropa Komissiyasının Prezidenti səlahiyyətlərinin icrasına dekabrın 1-dən başlayacaq və bu tarixə qədər Bakıya gəlməsinə heç bir maneənin olmadığı von der Leyenə, istərsə Dubayda keçirilən COP28-də də iştirakdan imtina etmiş ABŞ Prezidenti Co Baydenə və digər siyasətçilərə də aiddir.

Bəşəriyyətin taleyinin həll olunduğu sammiti situativ proseslərə görə qaçırmaq real deyil və əsil səbəblərin yuxarıda da qeyd olunduğu kimi maliyyə öhdəlikləri ilə əlaqəli olduğu aydındır.

İstənilən halda, Qərbin oyunun qaydalarını pozmaq cəhdlərinə baxmayaraq, iqlim dəyişikliyindən əziyyət çəkən ölkələri dəqiq tərtib olunmuş gündəlik, həll yolları və planlarla ev sahibi kimi öz ətrafında konsolidasiya edən rəsmi Bakı iqlim maliyyələşməsi ilə bağlı ciddi öhdəliklərin yekdil qəbuluna nail oldu. COP29 gələcək iqlim sammitlərinin uğurlu, iqlim maliyyəsi ilə bağlı daha geniş hədəflərə nail olunması üçün əsaslı fundament rolunu oynayacaq. Bu mənada, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) mövcud şərtlər altında iqlim dəyişikliyi ilə mübarizədə maksimal nəticələrə nail olub.

APA Analytics

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see147

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see141

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see135

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see134

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see134

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see128

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see126

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see124

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see122

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see120

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see120

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see117

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see115

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see114

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see114

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see112

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see111

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see109

Zelenski: ABŞ vitse prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”

14 Aprel 2025 09:54see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri