Icma.az
close
up
RU
Azərbaycanın çörəyini yeyib, orucunu Qum saatı ilə açanların sükutu

Azərbaycanın çörəyini yeyib, orucunu Qum saatı ilə açanların sükutu

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur "Ezel" serialının "Ramiz dayı"sının gözəl bir sözü vardı. Deyirdi ki, məsələ ölmək deyil, dost əli ilə ölməkdir. İndi Naxçıvana atılan dron, sadəcə, bir hərbi məsələ deyil.

Bu, həm də bir imtahandır. Kim harada dayanır, kim hansı tərəfdədir, kim danışır, kim susur - hamısını göstərən bir imtahan. Özdəmir Asafın dediyi kimi, "sonra çəkildim bir kənara, seyr etdim olan-bitəni. Baxdım, mən kimdə nə qədərəm, kim məndə nə qədər qalıb".

Bəli, bu gün, əslində, seçim anıdır. Kimin içində nə qədər Azərbaycan qaldığının göründüyü zamandır. Kim dövləti üçün səsini mərceyi-təqlidinin torpağına qarşı qaldıracaq, kim susacaq - bu günlərdə bəlli olur.

Fakt ortadadır. Azərbaycanın ərazisi hədəfə alınıb. Naxçıvan istiqamətinə dron atılıb və bu dron İran tərəfdən gəlib. Bunun izahını müxtəlif cür vermək olar, müxtəlif siyasi versiyalar səsləndirilə bilər. Amma əlahəzrət həqiqət dəyişmir: Azərbaycanın torpağına qarşı hücum olub.

Bu isə artıq sadəcə, diplomatik, siyasi məsələ deyil. Bu, milli məsələdir.

Azərbaycan dövləti bu məsələdə mövqeyini açıq şəkildə ifadə etdi. Ölkə rəhbərliyi bildirdi ki, Azərbaycan qonşularla normal münasibət tərəfdarıdır. Hətta ən gərgin vaxtlarda belə humanitar jestlər edilib, İran vətəndaşlarının təxliyəsinə kömək olunub, münasibətlərdə sivil xətt qorunub.

Amma bütün bunların qarşılığında nə gördük?

Naxçıvana dron hücumu.

Yəni namərdlik, nakişilik, şərəfsizlik… Və Prezident hər üç ifadəni açıq mətnlə dedi - Paşinyana 2020-ci ildə barmaq silkələdiyi ritorika ilə, hətta ondan da sərt. Lakin bu hadisənin ortaya çıxardığı daha acı bir mənzərə də var: İrana qarşı sükut.

Xüsusilə də dini çevrələrin sükutu. Hacılar, kərbəlayılar, məşədilər - adlarının önündə bu titulları daşıyanların səsi gəmir. Hər məsələdə hökm verənlər, hər mövzuda dərhal dini mövqe açıqlayanlar, əllaməlik edənlər yoxa çıxıblar.

Məclislərdə vətəndən danışmaq asandır. Mikrofon qarşısında iman, əxlaq və şəhidlik haqqında böyük sözlər demək də çətin deyil. Şəhid cənazələrində sinə döymək də o qədər zəhmətli iş deyil. Amma məsələ real mövqeyə gələndə dananın quyruğu qopur. Açığı, dananın, yoxsa Amilinin şirinin quyruğu qopur - sual altındadır.

Sanki dilləri tutulur.

Niyə?

Nə üçün mövzu İran olan kimi bu qədər ehtiyatlı davranırlar? Niyə ən sadə cümləni demək bu qədər çətin olur: "Azərbaycanın ərazisinə dron atmaq doğru deyil".

Axı bu, nə müharibə çağırışıdır, nə də başqa bir şey. Bu, sadəcə, vətəndaş mövqeyidir.

Əgər bir insan bu ölkədə yaşayırsa, bu ölkənin çörəyini yeyirsə, bu ölkənin vətəndaşı kimi hörmət görürsə, ən azı bir prinsip olmalıdır: Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil.

Amma qəribə bir mənzərə ortaya çıxır.

Bəzi din adamları, təkcə din adamları deyil, ictimai-siyasi şəxslər, jurnalistlər, aktivistlər Azərbaycanın çörəyini yeyib, oruclarını Qum saatı ilə açırlar.

Başqa mövzularda çox cəsarətli görünənlər bu məsələdə ehtiyatlı olurlar. İsrail İranı vuranda dərhal danışırlar. Etiraz edirlər, bəyanatlar verirlər. Amma Azərbaycana atılan dron haqqında susurlar.

Bu, ilk dəfə də deyil. Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı zamanı da eyni mənzərə yaşandı. Diplomatik nümayəndəliyimizdə qan töküldü, insanımız həyatını itirdi.

O zaman da eyni sükut vardı.

Yenə eyni çevrələr susdu.

Yenə eyni adamlar danışmadılar.

Amma sosial şəbəkəyə baxanda görürsən ki, başqa mövzularda çox fəaldırlar. Ramazan ayında canlı yayımlar açılır, saatlarla mübahisələr aparılır. Tüpürcəyi udmağın orucu pozub-pozmaması müzakirə edilir, misvakın hökmü izah edilir, fiqhi incəliklərdən uzun-uzadı danışılır.

Amma vətənə atılan dron haqqında bir cümlə belə danışılmır.

Halbuki illərlə minbərlərdən bir cümlə səsləndirilib: "Vətəni sevmək imandandır". Dini bu qədərmi boğazdan yuxarı oxuyur və danışırsınız? Yoxsa sizin ayrı vətəniniz var, biz bilmirik?

Belə görünür ki, bəziləri üçün bu cümlə, sadəcə, məclislərdə işlədilən gözəl bir ifadə imiş.

Çünki həqiqi imtahan gələndə söz yoxa çıxır.

Naxçıvana atılan dron da, sadəcə, sərhədi yoxlamadı.

O, həm də vicdanları yoxladı.

Və bu imtahandan kəsilənlər məhz Azərbaycanın çörəyini yeyib, orucunu Qum saatı ilə açanlar oldular…

Aqil Ələsgər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri