Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Sadıqovvari tənqid və.. nəticə?

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Zirə autsayderə qarşı

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

Gündə neçə banan yemək olar? Faydaları

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

Azərbaycanın çoxşaxəli xarici siyasətinin bariz nümunəsi

Azərbaycanın çoxşaxəli xarici siyasətinin bariz nümunəsi

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş olkəmizin xarici siyasət strategiyası bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyinə işıq salır. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. 

2003-cü ildən etibarən Prezident  İlham Əliyevin siyasətində Türk dünyasının birliyinin gücləndirilməsi mühüm yer tutur. Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Bu hədəfin reallaşmasında isə Azərbaycan Prezidenti cənab  İlham Əliyevin müstəsna rolu var. Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türk dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlətimizin başçısı türk xalqlarının oxşar milli irsinə, dəyərlərinə, mental xüsusiyyətlərinə həm də güclü ideoloji-siyasi amil kimi yanaşır. Ona görə də, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.

Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının Zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Son bir neçə ildə Türk Dövlətləri Təşkilatı (TDT) mütəşşəkkil bir birliyə çevrilib. Xüsusilə ölkəmiz türk dövlətləri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi hesab edir və bu təşkilatın daha da güclənməsini və regional güc mərkəzi kimi inkişaf etməsini istəyir. 7 oktyabr 2025-ci il tarixində  Azərbaycanın qədim tarixi şəhəri olan Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Bu görüş, türk dünyası ölkələri arasında əməkdaşlığın inkişafına daha bir önəmli töhfə verib. Zirvə çərçivəsində türk dünyasının birliyi, mədəni və iqtisadi əməkdaşlıq məsələləri geniş müzakirə olunub.Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edərək qeyd etdi ki, 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.Eyni zamanda, Prezident İlham Əliyev iki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcəyini və  Vaşinqton Zirvəsi çərçivəsində, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldırdığını da görüş iştirakçılarının diqqətinə çatdırdı.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə görüşündə bəyan edib ki, 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

            Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub və  bunun da əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayə təşkil edir.Eyni zamanda Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə yaradılan sərmayə fondları vasitəsilə də bir çox layihələr icra ediləcək.Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.

Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin Qarabağ məsələsində Azərbaycana dəstək verməsi, eyni zamanda, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan,Türkmənistan və Türkiyə kimi dövlətlərin azad olunmuş ərazilərimizdə qardaşlıq hədiyyəsi olaraq məktəblər,yaradıcılıq mərkəzləri,məscid, tunellər, körpülər, yollar inşa etməsi dostluq və qardaşlıq münasibətlətlərini daha da gücləndirir .

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see235

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see234

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see205

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see172

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see170

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see148

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see139

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see138

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see132

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see132

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see131

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see129

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see128

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see127

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see127

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see124

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see123

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see123

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri